28 Avqust 2021 00:34
1199
Elm və texnika
A- A+

Gələcəyin modelləri

 

Onilliklər ərzində ailələr hər gün axşam televizorun önündə verilişlərə baxıblar. Günümüzdə hər evdə 2, bəzi hallarda 3-4 televizor mövcuddur. İndi isə hətta smartfon və planşetlərdə izləyicilər istənilən vaxt televerilişləri izləyə bilirlər.

Belə görünür ki, televizorlar yaxın gələcəkdə çox sürətlə inkişaf edəcək və biz “mavi” ekranın yeni imkanları və potensialı ilə tanış ola biləcəyik. Məsələn, izləyicilərin eynək taxmadan baxa biləcəkləri 3D televizorları istifadəyə veriləcək. Ən maraqlı kəşf isə holoqrafiq ekranlı televizorlarla bağlı olacaq. Belə ki, ekranı piramida şəklində olan bu cihazları eyni anda otağın,  yaxud da başqa bir məkanın istənilən baxış bucağından rahatlıqla izləmək mümkün olacaq.

Hazırda mövcud olan televizorlardakı görüntüləri yalnız bir neçə baxış bucağından seyr etmək mümkündür. Gələcəkdə isə istehsal olunacaq televizorlardakı təsvirləri istənilən baxış bucağından görə biləcəyik. Önümüzdəki illərdə televizorlardan yalnız üfüqi deyil, telefonlar kimi şaquli vəziyyətdə də istifadə olunacaq.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video