18:46 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gələcəyə damğa vuracaq yeniliklər
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:44 31.07.2021

 

Araşdırmalar göstərir ki, 2021-ci ildə mobil telefon istifadəçilərinin sayı 3,5 milyardı keçib. “Ağıllı” telefonlar alış-verişdən əyləncəyə qədər bir çox ehtiyacımızı qarşılayır.

Önümüzdəki illərdə 5G texnologiyasının kütləvi istifadəsi planlaşdırılır. Bu texnologiyanın həyatımıza tətbiqi ilə mobil telefonlardakı internet daha da sürətlənəcək, video izləmək, oyun oynamaq və buna bənzər digər funksiyalar fasiləsiz fəaliyyət göstərəcək.

5G texnologiyasının inkişafı “Ağıllı şəhər”, “Ağıllı ev” layihələrinə də müsbət təsir edəcək. Daha geniş tezlik diapazonunda yüksək internet sürətini təmin edən mobil məlumat infrastrukturu 5G bütün dünyaya yayılaraq bazarda böyük bir dönüş yaradacaq.

Hələ də mobil cihazlarda “Litium-ion” batareyaları istifadə olunur. Mobil telefonların daim artan enerji ehtiyacları çərçivəsində bu sahədə işlər səngimədən davam edir. Telefonu 5 günə qədər işlədən və təbiətə daha az zərər verən yeni nəsil akkumulyator texnologiyaları üzərində iş davam edir. Gələcəkdə Wi-Fi və ya bənzər bir radio tezliyi metodu ilə naqilsiz enerji doldurma cihazlarının istifadəçilərə təqdim edilməsi nəzərdə tutulur.

Hər yeni model telefonda öncəkilərdən daha keyfiyyətli və aydın görüntülər əldə etmək üçün linza və kameralar istehsal edilir. Önümüzdəki illərdə mobil telefonların ön və arxa kameralarının təkmilləşdirilməsi ilə nəinki yüksəkkeyfiyyətli şəkillər, hətta filmlər çəkmək mümkün olacaq.

Son vaxtlar “virtual reallıq” anlayışını getdikcə daha çox eşidirik. Virtual reallıq texnologiyasının məsafəli təhsil və iş sisteminin genişləndirilməsi çərçivəsində mobil telefonlara inteqrasiya edilərək təhsil və kadr hazırlığı kimi sahələrdə istifadə ediləcəyi düşünülür. Yaxın gələcəkdə inkişaf etdiriləcək yeni çiplər, 5G texnologiyası, yeni nəsil batareyalar və virtual reallıq texnologiyalarının həyatımızda daha çox yer tutacağı gözlənilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM