23:38 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gələcəkdə də iqtisadi əlaqələrin inkişafı prioritet olaraq qalacaq

ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:59 06.03.2021

 

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında bu bir daha vurğulandı

 

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIV onlayn Zirvə toplantısında iştirakçıların diqqəti bir daha Azərbaycanın 44 günlük müharibədə işğalçı Ermənistan üzərində çaldığı böyük qələbəyə yönəldildi. Bu qələbənin yalnız dövlətimiz üçün yox, bütün qardaş ölkələr üçün də müqəddəs və qürur gətirən zəfər olduğu bir daha vurğulandı.

İlk təbriki Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan səsləndirdi: “Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”. Onun ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş Azərbaycanın erməni işğalı altındakı torpaqlarını şanlı bir zəfərlə azad etməsini, bölgənin yeni bir dövrə qədəm qoyması kimi elan etdi: “Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanıram”. İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur da Azərbaycanı parlaq Qələbə münasibətilə təbrik edərək, iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsini yad etməyə çağırdı.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani də ürək sözlərini dedi: “Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi”.

Toplantıda Azərbaycanın qələbəsinə belə səmimi qardaş münasibətinin sərgilənməsinin izahı o qədər də sadə deyil. Bunu həm də əsrlərboyu Türkiyədən Qazaxıstana kimi nəhəng ərazilərdə erməni faşistlərinin törətdikləri saysız faciələrə, sonu bitməyən ərazi iddialarına etiraz kimi də qiymətləndirmək mümkündür. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının hər bir üzvü üçün Azərbaycanın qələbəsi qarşılıqlı əməkdaşlığa, iqtisadi əlaqələrin dərinləşməsinə rəvac verən sülh aksiyasıdır. Ermənilər barışa boyun əyməli, Qafqazda supergüclərin marağına qulluq edən  vassal dövlət vərdişlərindən əl çəkməlidirlər.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ermənistanın atacağı sülhsevər addımların regional sabitliyin bir hissəsi olacağına ümid bəslədiyini dilə gətirdi. İƏT-in Baş katibi Hadi Suleymanpur isə  təşkilat çərçivəsində iqtisadi-ticari əlaqələrin inkişafının prioritet olduğunu, investisiyaların stimullaşdırılmasının  zərurətə çevrilməsindən danışdı, Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılmasına görə Azərbaycan Prezidetini təbrik etdi. 

Qafqazda iqtisadi əməkdaşlığın inkişafı baxımından iki dövlətin - Vətən müharibəsində ildırımsürətli qələbə qazanan Azərbaycanla, məğlubiyyətinin mahiyyətini anlamayan və hələ də işğalçılıq ambisiyaları ilə vidalaşmaqda çətinlik çəkən Ermənistanın fərqli mövqelərdə dayandığını görürük. Azərbaycan üçün müharibə artıq arxadadır, böyük quruculuq işlərinə start verilib, yüksək texnologiyalara keçid dövrü elan edilib. Ermənistan isə hələ də uçurumlardan çıxa bilmir, revanşizm hisslərinin təsiri altındadır. Buna baxmayaraq, erməni xalqının bir qismi artıq başa düşür ki, Qarabağ Azərbaycandır. Onlar artıq övladılarının əsgərliyə Qarabağa göndərilməsinə etiraz edirlər.

Dövlətimizin başçısı Zirvə toplantısındakı çıxışında Prezident Ərdoğanın Azərbaycana davamlı dəstəyinin torpaqlarımızın işğaldan azad edilməsində mühüm rol oynadığını bildirdi: “Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar”. Sonra Prezident İlham Əliyev Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verdiyini, İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin səmərəli fəaliyyəti üçün ölkəmizin əlindən gələni edəcəyini vəd etdi.

Toplantıda İlham Əliyev həmçinin qeyd etdi ki, faşist Ermənistanın 30 ilə yaxın  davam edən işğalına hərbi-siyasi yollarla son qoyuldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrin icrasını təmin etdi: “İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi”.

Zirvə toplantısında İlham Əliyev Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri, vandallıq aktlarını, bütün mədəni və dini abidələri dağıtmasını da diqqətə çatdırdı: “Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən islam ölkələrini birliyə çağırmışıq. Azərbaycan islam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir”.

Azərbaycan Prezidenti başqa bir aktual məsələni də vurğuladı: “Hazırda qarşımızda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır. Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik”.

Toplantıda bir da vurğulandı ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak etməklə Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanın nəqliyyat infrastrukturu digər sahələrdə də çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratmışdır.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM