16 Sentyabr 2021 15:06
1098
CƏMİYYƏT
A- A+

“G20 VII Dinlərarası Forum”unda ölkəmizin dinlərarası dialoq sahəsində təcrübəsi müzakirə edilib  

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov sentyabrın 11-15-də İtaliyanın G20-yə sədrliyi çərçivəsində Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”da iştirak edib.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Forumda COVID-19 və iqlim dəyişikliyi, qaçqın, məcburi köçkün və miqrantlara lazımi dəstəyin göstərilməsi, din və etiqad azadlığının, qadın və uşaq hüquqlarının qorunması, iqrçilik, terrorizm, insan alveri, nifrət çağırışları ilə mübarizə, müasir dünyaya qlobal təhlükə və təhdid yaradan problemlər müzakirə edilib.

Forum çərçivəsində Rəvan Həsənov G20 Sammitinin Dinlərarası Dialoq Forumun vitse-prezidenti professor Kol Durham, ABŞ-da yerləşən Stirlinq Fondunun icraçı direktoru Edvard Rou, Sudanın dini işlər üzrə naziri Nəsrəddin Mofarj, Efiyopiyanın dini işlər üzrə müşaviri Tiquan Taqay, eləcə də Avropa Kilsələr Konfransının İnsan hüquqları müdafiəçisi Elizabeta Kitanoviç ilə görüşüb. Müzakirələr zamanı BBMM-in həyata keçirdiyi beynəlxalq layihələr, Azərbaycanın dinlərarası dialoq platformalarında təcrübəsi, ölkəmizin multikulturalizm ənənələrinin təbliği, qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkəmizin xristianlıq irsinin tədqiqi və Azərbaycan həqiqətlərinin Avropaya çatdırılması istiqamətində bir çox birgə layihənin icrası ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə birgə ABŞ-ın İsa Məsih və Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbər heyəti ilə keçirilən görüşdə Qarabağda dağıdılmış və ya saxtalaşdırılmış mədəni irs haqqında da geniş müzakirə aparılıb, bunun şahidi olmaq üçün onlar ölkəmizə dəvət edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin Dinlərası Dialoq Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin hazırlanması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video