05 Avqust 2021 00:44
841
İDMAN
A- A+

Futbolda finalçılar müəyyənləşdi

 

Olimpiya oyunlarında kişilər arasında futbol yarışının yarımfinal görüşləri keçirilib. Finala vəsiqə uğrunda Meksika komandası Braziliya, ev sahibi Yaponiya isə İspaniya millisi ilə qarşılaşıblar.

 Qolsuz heç-heçə ilə başa çatan Meksika - Braziliya matçında qalib 11 metrlik cərimə zərbələri seriyasında müəyyənləşib. Braziliyalılar 4:1 hesabı ilə qalib gələrək Olimpiya oyunlarında ardıcıl üçüncü dəfə finala vəsiqəni təmin ediblər.

Yaponiya - İspaniya matçında da əsas vaxtda qalib müəyyənləşmədiyindən 15 dəqiqəlik iki əlavə hissə oynanılıb. Görüşün 115-ci dəqiqəsində ispaniyalıların heyətində Marko Asensio rəqib qapısına yol taparaq komandasının finala yüksəlməsində həlledici rol oynayıb.

Beləliklə, avqustun 7-də “Tokio-2020”nin finalında Braziliya və İspaniya yığmaları qarşılaşacaqlar. Meksika və Yaponiya seçmələri  avqustun 6-da bürünc medal uğrunda üz-üzə gələcəklər. 

Qadınların futbol yarışının finalında isə İsveç və Kanada komandaları görüşəcəklər. Üçüncü yer uğrunda oyunda  Avstraliya və ABŞ seçmələri qarşılaşacaqlar. Bürünc medal uğrunda qarşılaşma avqustun 5-də, final görüşü isə ertəsi gün keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video