18:19 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Fuqu yeyənin də, yeməyənin də ağlı yoxdur”

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:26 13.06.2021

 

Yaponiyada populyar bir deyim var: “Fuqu yeyənin də, yeməyənin də ağlı yoxdur”. Fuqu balığı qida növü kimi dünyada ən təhlükəli məhsullardan biridir.

Yaponiya və Koreyada ən ləzzətli ət sayılır, ancaq doğru bişirilməzsə, faciə ilə sonlana bilər. Fuquda tetrodotoksin deyilən təhlükəli zəhərli maddə var. Doğru hazırlanmadığında toksin balığın ətinə hopur və onu yeyən adamın tənəffüs orqanlarında iflic yaradır, insan boğularaq bir neçə dəqiqə ərzində dünyasını dəyişir. Dərmanı isə indiyədək tapılmayıb.

Xüsusilə fuqu balığının içalatı və dərisi çox zəhərlidir. Keçmişdə restoranda fuqu balığından zəhərlənib ölən olurdusa, həmin restoranın aşpazı xüsusi ayini yerinə yetirərək harakiri etməli idi - yəni özünü öldürməli idi.

Restoranlarda peşəkar aşpazların hazırladıqları yeməkdən ölmək ehtimalı azdır. Çünki bu balığı yalnız xüsusi lisenziyası olan aşpazlar hazırlayırlar. Onlar əllərinə özəl əlcəklər geyinərək balığın dərisini ehtiyatla soyur, onun gözlərini və içalatını çıxarıb, məhz bunun üçün ayrılmış bir dəmir qaba qoyurlar, qabı isə qıfıllayırlar. Bunun da öz səbəbi var: əvvəllər restoranın zibilliyinə atılmış fuqu balığının qalıqlarını yoxsul insanlar toplayıb yeyir və zəhərlənib ölürdülər.

Fuqu balığı populyarlığını hələ də saxlayır. Bu balıqdan hazırlanmış naharın qiyməti isə 1000 ABŞ dollarından yuxarıdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM