13 Oktyabr 2011 07:10
369
SİYASƏT
A- A+

Fransanın nüfuzlu «Le Point» jurnalında Bakı şəhəri və Azərbaycanın iqtisadi nailiyyətlərindən bəhs edən məqalə dərc olunmuşdur

 

Fransanın  nüfuzlu "Le Point" (Nəzər nöqtəsi) həftəlik jurnalında dünyanın yeni dəbdə olan şəhərlərinə həsr edilmiş xüsusi reportaj çərçivəsində Bakı və Azərbaycanın iqtisadi nailiyyətlərindən bəhs edən "Bakı - Qara qızıl ölkəsinin bəyaz gecəli şəhəri" sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalədə 1994-cü ildən etibarən Azərbaycanda əsl iqtisadi inqilabın baş verdiyi, dünyanın böyük neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalandığı və həmin tarixdən etibarən neft-qaz və qeyri-neft-qaz sektorlarının sürətlə inkişaf etdiyi və  oktyabrın 18-də müstəqilliyinin bərpasının 20 illiyini qeyd edəcək Azərbaycanın bu gün regionun ən zəngin ölkəsinə çevrildiyi xüsusi vurğulanmışdır. Həmçinin məqalədə yalnız bu il ərzində Bakı şəhərində beşulduzlu 5 mehmanxananın açılmasının planlaşdırıldığı,  bir sıra dünya şöhrətli mağazalar  və müasir restoranların  fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır.

Məqalədə daha sonra qeyd edilir ki, 2012-ci ilin yazında "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi Bakı şəhərində demək olar ki, günün bütün saatlarında tikinti-quruculuq işləri aparılır, paytaxtın görməli yerində  Azərbaycanın qədim Odlar yurdu olmasını simvollaşdıran "Alov qüllələri" nəhəng mehmanxana kompleksi tikilir və beləliklə də, Azərbaycanın sabahı yaradılır.

Məqalədə Xəzər dənizinin sahilində yerləşən Bakının gecələr daha füsunkar görünüş aldığı, İçərişəhərin  zəngin tarixi abidələri ilə turistlərin yaddaşında əbədi iz buraxdığı qeyd olunur.

Eyni zamanda, Bakıda gənclərin daha çox toplaşdığı, dəbdə olan yerlərdən geniş bəhs edilir. Dahi fransız yazıcısı Aleksandr Dümanın Qafqaza səyahətindən bəhs edən kitabında Azərbaycan mətbəxi haqqında yazdıqlarının əyani şəkildə  dadına baxmaq üçün fransalı oxuculara Bakı şəhərinin restoranlarına baş çəkmək və İçərişəhəri səyahət etmək məsləhət görülür. Məqalədə, həmçinin  milli çörəyimizin növü olan lavaşın xüsusi ləzzəti, Azərbaycan kürüsünün bənzərsizliyi, bazarlarımızın  zənginliyi ilə bağlı fikirlər geniş  yer almışdır.

Ümumiyyətlə, məqalədə Azərbaycan və onun paytaxtı haqqında ətraflı məlumat verilir və yeni dəbdə olan şəhərlər sırasında Bakı şəhəri Avropanın Dubayı adlandırılır.  

Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, "Le Point" jurnalı dünya səyahətçiləri üçün yeni dəbdə olan şəhərlər siyahısına Şərqi Avropa regionundan yalnız Bakı şəhərini daxil etmişdir.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video