06 Avqust 2021 18:53
690
DÜNYA
A- A+

Fransanın Konstitusiya Şurası “Sanitar vəsiqəsi”ni təsdiqləyib

 

Fransanın Konstitusiya Şurası parlamentin qəbul etdiyi “Sanitar vəsiqə” adlanan sənədin qüvvədə olması müddətini təsdiq etmişdir. Bu barədə “Frans Press” agentliyi xəbər verir.

Qeyd olunur ki, “COVID pasportu” ticarət mərkəzləri, kafe, barlara və restorfanlara gedərkən lazım olacaq. Həmin qərar avqustun 9-dan qüvvəyə minəcək.

Bundan əlavə, Konstitusiya Şurası qulluqçuların məcburən vaksinasiya olunmaları barədə qərar da qəbul etmişdir. Eyni zamanda şura tərəfindən koronavirusa yoluxma halında məcburi təcridedilməni nəzərdə tutan qanun müddəası rədd olunmuşdur.

Fransadakı müxalifət partiyalarının liderləri sosial şəbəkələrdə Konstitusiya Şurasının qərarlarından narazılıqlarını ifadə etmişlər. Yerli KİV-in xəbərinə gförə, Parisdə qanun layihəsinə qarşı etiraz aksiyaları başlamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video