10:58 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransanın ARTE telekanalı “Dağlıq Qarabağ: kövrək sülh” adlı veriliş yayımlayıb
ANA SƏHİFƏ / SİYASƏT
15:40 14.04.2021


Telereportajda Azərbaycanın azad olunmuş torpaqları bərpa etmək əzmindən, minaların yaratdığı böyük təhlükələrdən bəhs olunur

 

 

Azad edilmiş ərazilərdə yaşamaq hələ mümkün deyil. Erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı əraziləri 30 il tampon zona kimi işğal altında saxlayıblar. Bu ərazilər gözə görünməz təhlükələrlə doludur. Hər tərəf minalanıb. Ötən il bəyanat imzalanandan sonra onlarla mina partlayıb, onlarla insan, xüsusilə də mülki sakinlər minaların qurbanları olub və ya yaralanıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın ARTE telekanalında yayımlanan “Dağlıq Qarabağ: kövrək sülh” adlı verilişdə səsləndirilib.

Bildirilib ki, mövcud təhlükəyə baxmayaraq, insanlar çox cəsarətlidirlər. Mina təhlükəsi 30 ildir ayrı düşdükləri doğma yurdlarına qovuşmaq arzusu ilə yaşayan insanlara mane ola bilmir. İnsanlar doğma evlərini görmək üçün kəndlərinə yollanırlar, ancaq hökumət təhlükənin qarşısını almaq məqsədi ilə onlara azad olunmuş ərazilərə getməyə icazə vermir. Yalnız Xalid kimi bəzi insanların doğma evini görmək şansı olur. O, evinə getmək icazəsi alıb.

Xalid deyir ki, işğaldan əvvəl kəndlərinin böyük iqtisadi imkanları var idi, insanlar yaxşı yaşayırdılar. Amma ermənilər 30 illik işğal vaxtında bu ərazilərdəki evlərin hamısını dağıdıblar. Bütün iqtisadiyyat məhv edilib. Yalnız erməni əsgərlərinin yaşaması üçün istifadə edilən binalar saxlanılıb. Mülki əhali haqqında heç düşünülməyib.

Reportajda göstərilir ki, nəhayət, Xalid atası ilə birlikdə Suqovuşanda tikdiyi gölün sahilindəki evinə çatır. Ancaq o, bu evdə yaşaya bilməz, çünki ev dağıdılıb, ətraf minalanıb və hər addımda ölüm təhlükəsi var.

Xalid uşaqlarından söz açaraq, onların ata yurduna qayıtmaq istədiklərini bildirir: “Evimiz dağıdılıb, burada çox işlər görmək lazımdır. Buna baxmayaraq, biz yenə öz evimizə qayıtmaq istəyirik. Birlikdə yenidən evimizi bərpa edəcəyik. Uşaqlarım ata yurdunu görməyi səbirsizliklə gözləyirlər”. Amma minaya görə hələ bu mümkün deyil.

“30 ildir ki, Azərbaycan hökuməti bütün səylərini ordu quruculuğuna səfərbər edib. Bu illər ərzində yeganə arzu torpaqların azad edilməsi olub. İndi torpaqlarımız işğaldan azad edilib. Azərbaycan hökuməti bu əraziləri yenidən tikib quracaq”, - deyə Xalid əminliklə söyləyir.

Jurnalist neft sənayesi sayəsində Azərbaycanın zəngin ölkə, Bakının isə ölkənin iqtisadi rəmzi olduğunu bildirir. Azərbaycanın bu imkanları azad edilmiş torpaqlarla bağlı böyük ambisiyalardan xəbər verir. Qələbədən sonra Qarabağda yenidənqurma işlərinə başlanılıb.

Verilişdə Füzuli şəhərinin səmadan çəkilişi göstərilir: şəhər tamamilə dağıdılıb, yalnız uçuq evlər görünür. Jurnalist qeyd edir ki, kabus şəhərinə çevrilmiş Füzulidə Prezident İlham Əliyevin göstərişi ilə böyük tikinti işləri başlayıb. Buldozerlər tikilməkdə olan beynəlxalq aeroportun yollarını düzəldir. Bu, dağıdılmış regiona yenidən iqtisadi tərəqqi gətirəcək.

Qeyd olunur ki, müharibənin ilk günlərindən Füzuli ətrafında ən intensiv döyüşlər gedib. Erməni əsgərləri dronların və artilleriyanın hədəfinə çevrilib.

Ekranda dağıdılmış Füzuli şəhəri göstərilərək bildirilir ki, 1994-cü ildən əvvəl 17 min əhalisi olan şəhər bu gün daş kabusu və mina sahəsinə çevrilib. Mustafayev gələcəkdə şəhəri elektrik enerjisi ilə təmin edəcək elektrik stansiyasının tikintisinə rəhbərlik edir və hər gün işçilərlə təhlükəsizlik qaydalarını xatırladır: “Bilirsiniz ki, ətraf minalanıb. Ona görə ehtiyatla hərəkət etməli, müəyyən edilmiş yoldan kənara çıxmamalısınız, diqqətli olmalısınız. Biz buraya, 30 ildir gözlədiyimiz torpaqlara xidmət etməyə gəlmişik”. Mustafayev jurnalistlə təəssüratlarını bölüşərək deyir ki, buraya gələndə bütün tikililərin dağıdıldığını görüb. Burada işləmək onlar üçün bir şansdır və regionun əvvəlki vəziyyətini bərpa etməyə hazırdırlar. “Səylərimizi üçqat artıracağıq ki, məqsədlərimizi tezliklə reallaşdıraq. Buraya gəlmək hər bir Azərbaycanlının arzusudur”,-deyə Mustafayev bildirir.

Azad edilmiş ərazilərdəki onlarla dini məkan Azərbaycanın nəzarətinə keçib. Bu abidələrin böyük əksəriyyəti Azərbaycanda yaşayan, milli azlıqdan olan xristianlara aiddir.

Azərbaycan hərbçilərinin müşayiəti ilə dindarlardan və jurnalistlərdən ibarət qrup “Tityanavanq” monastırına gedir. 13 dindarı 50 jurnalist müşayiət edir. Dindarlar jurnalistlərin çəkilişi altında dini ayinlərini icra edirlər.

Barışıq mümkündürmü? Yenidən Xalid danışır: “bizim üçün fərqi yoxdur, ermənilər orada yaşayacaq ya yox. Əsas odur ki, bu torpaqlar Azərbaycanındır və ermənilər burada yaşamaq istəyirlərsə, Azərbaycan dövlətini qəbul etməlidirlər.

Bu müharibəni erməni terrorçuları və ideoloqları başladılar. Ermənistan Azərbaycana və azərbaycanlılara qarşı nifrət siyasətini dayandırmalıdır.

Telejurnalist həmsöhbət olduğu Xalidin övladlarını danışdırır və bildirir ki, uşaqlar atalarına nisbətən daha emosiyasız danışırlar və hökumətin siyasətinə anlayışla yanaşırlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM