12 Mart 2014 12:03
410
Elm və texnika
A- A+

Fransalı alimlər xətası 300 milyon ildə bir saniyə olacaq saat kəşf etdikləri iddiasındadırlar

 

Fransa mütəxəssislərinin  fikrincə, ənənəvi  sezium atomu titrəməsi əsasında qurulan atom saatları ilə müqayisədə onların hazırladıqları optik qəfəs modelli atom saatı son dərəcə daha dəqiqdir. İddiaya görə, bu model vaxt-zaman hesablanmasının yeni standartı ola bilər.

Yeni atom saatı lazer topasının interferensiyası (səs, işıq və sairə dalğalarının bir-biri üzərinə düşdükdə qarşılıqlı təsir göstərməsinə interferensiya deyilir) əsasında  qurulub. Layihə müəllifləri bu üsulla zamanın son dərəcə daha dəqiq hesablanmasının mümkün olduğunu bildirilər. İddiaya əsasən,  belə atom saatı 300 milyon ildə cəmi 1 saniyə geri qalacaq.

Qeyd edək ki, atom saatların hazırda telekommunikasiya, naviqasiya və maliyyə sistemlərində geniş istifadə olunmaqdadır.  İlk belə dəqiq atom saatı  – zamanı  sezium-133  atomunun titrəyişi üzərindən ölçən qurğu 1955-ci ildə Böyük Britaniyada düzəldilib.

Fransa alimlərinin təklif etdikləri metodu üstələyən daha effektli üsul var və onun da üzərində də iş gedir. Bu, ion saatlarıdır. Onların dəqiqliyində xəta milyard ildə bir saniyə ola bilər. Bununla belə, ion əsaslı texnologiya baha olduğundan belə saatların hazırlanması hazırkı mərhələdə kommersiya baxımından sərfəli deyil.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video