00:09 21 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransada pandemiya ilə bağlı vəziyyət pisləşib
ANA SƏHİFƏ / DÜNYA
18:48 26.02.2021

 

“Ölkənin demək olar ki, bütün regionlarında pandemiya ilə əlaqədar vəziyyət pisdir. 20 əyalətdə daha sərt məhdudiyyətlər tətbiq etmək niyyətindəyik”. Bu barədə Fransanın Baş naziri Jan Kasteks jurnalistlərə məlumat verib.

O, qeyd edib ki, ölkə daxilində epidemioloji vəziyyət son günlərdə nəzərəçarpacaq dərəcədə pisləşib: “Hazırda göstəricilər noyabr ayında müşahidə olunan səviyyəyə qayıdıb. Çərşənbə günü 30 mindən çox yeni yoluxma qeydə alınıb”.

Hökumət başçısı ölkənin 20 əyalətində, o cümlədən həftə sonları özünütəcrid rejiminin tətbiq olunduğu Parisdə və şimalda yerləşən bəzi departamentlərdə vəziyyətin xüsusilə narahatedici olduğunu deyib: “Bu ərazilər xüsusilə nəzarət altına alınacaq. Vəziyyət pisləşməyə davam edərsə, martın 6-dan etibarən daha sərt tədbirlər görəcəyik”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM