07 Avqust 2021 00:19
968
SİYASƏT
A- A+

Fransa portalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərindən yazıb

 

Fransanın “Causeur” portalında fransız tarixçi və jurnalist Alən Rumestanın “Qarabağa qayıdış: Azərbaycan geniş yenidənqurma planının icrasına başlayır” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə  2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistanla Azərbaycan arasında baş verən müharibə nəticəsində rəsmi Bakının beynəlxalq hüquqla ona məxsus olan və uzun illər işğal altında qalmış torpaqlarını azad etdiyi vurğulanıb. Bildirilib ki, Fransada bu münaqişənin mahiyyətini hələ də anlamırlar və mediada onun haqqında yanlış mülahizələrə, səthi şərhlərə əsaslanam materiallar yayılır.

Azərbaycandakı dini tolerantlıqdan bəhs edən müəllif diqqətə çatdırır ki, paytaxt Bakıda məscidlər, sinaqoqlar, pravoslav kilsələri, hətta erməni kilsəsi mövcuddur və yaxşı vəziyyətdədir. İşğaldan azad olunmuş torpaqlara səfər edən jurnalist bildirir ki, bu ərazilərdə yeni yol şəbəkəsi inşa olunur, bu da azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına imkan verəcək.

Azad edilmiş ərazilərdə hələ də mövcud olan mina təhlükəsinə toxunan A.Rumestan vurğulayır ki, mina partlayışı nəticəsində insanlar, o cümlədən jurnalistlər həlak olub. Ermənistan isə bütün minaların xəritələrini verməkdən hələ də imtina edir. Bu isə minatəmizləyənlərin işini çətinləşdirir. 

İşğal dövründə dağıdılmış Füzuli rayonundan sonra Azərbaycanın qədim şəhəri Şuşada olan jurnalist qeyd edir ki, xarici ölkələrdən çoxsaylı nümayəndələr buraya səfər edirlər. Şəhərdə döyüşlərin izləri hələ də qalmaqdadır - binaların üzərində güllə izləri, parçalanmış dam örtükləri, məhv edilmiş mədəni irs. Azərbaycanın dahi şəxsiyyətlərinin (Bülbül, Üzeyir bəy Hacıbəyli, Natəvan) birinci müharibə zamanı güllələnmiş heykəlləri də əvvəlki yerinə qaytarılıb. Şuşada artıq bərpa-quruculuq işlərinə başlanılıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanata toxunan müəllif qeyd edir ki, bu, Cənubi Qafqazda həyatın normala qayıtması üçün yol xəritəsidir. Vurğulanır ki, indi Azərbaycanın qarşısında böyük çağırış var. Belə ki, rəsmi Bakı ərazisinin səkkizdəbir hissəsini, demək olar, tamamilə yenidən qurmalıdır. Bunun üçün isə, ilk növbədə, ərazilər minalardan təmizlənməlidir.

Jurnalist sonda qeyd edir ki, azərbaycanlılar üçün münaqişə bitib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. İndi ümid keçmişi, müharibələri, ağrı-acını unudaraq bu torpaqlarda yenidən bir yerdə yaşamaqdadır. Sülhdən başqa yol yoxdur.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video