25 Yanvar 2021 17:53
671
DÜNYA
A- A+

Fransa Milli Məclisinin xüsusi komissiyası mübahisəli qanun layihəsini təsdiqləyib  


Fransa Milli Məclisinin ( parlamentinin aşağı palatası) xüsusi komissiyası "Respublikanın prinsiplərinə hörmətin təmin edilməsi haqqında" qanun layihəsini təsdiq edib. Bu barədə "Frans Press" agentliyi xəbər verir.
Ölkə Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə hazırlanmış qanun layihəsi əvvəlcə "İslam separatizmi ilə mübarizə"adlanırdı. Fransa ictimaiyyətinə qanun layihəsi haqqında ilk dəfə ötən il oktyabrın 2-də ildə məlumat verilmişdi.
Fransanın daxili işlər naziri Cerald Darmanenin dediyinə görə, sənəd respublika prinsiplərinin möhkəmləndirilməsinə yönəlib:"Biz gələcək üçün yalnız bugünkü çağırışlara qarşı deyil, həm də respublika dəyərlərinin qorunması üçün qanun yaradırıq". O, ölkədə ifrat sağçı və ifrat solçu qruplaşmaların təsirinin güclənməsi təhlükəsinə diqqət çəkib.
Fevral ayında Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilən qanun layihəsi Fransada müsəlman cəmiyyətinə istiqamətləndiyinə görə tənqid olunur. Sənədə əsasən, ölkədə müsəlmanların həyatının, demək olar ki, bütün aspektlərinə məhdudiyyətlər qoyulur.
Qanun layihəsi  məscidlərin və bu məscidlərin idarə edilməsinə cavabdeh olan assosiasiyaların fəaliyyətinə müdaxiləni, həmçinin müsəlmanlara məxsus assosiasiyaların və QHT-lərin maliyyələşdirilməsinə nəzarəti nəzərdə tutur. Yeni qanun layihəsi həmçinin müsəlman ailələrinin uşaqlarına evdə təhsil almağı, pasiyentlərə isə cinsi, dini və ya digər əlamətlərlə həkim seçməyi qadağan edir.Bundan əlavə, qanun layihəsi bütün dövlət qulluqçuları üçün "dünyəvi təhsil"  tələbini irəli sürür.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video