11:21 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Franko Foda hədəfini açıqladı

ANA SƏHİFƏ / İDMAN
01:37 23.06.2021

 

“Bu oyunda fantastik çıxış etdik. Komandanın çıxışından məmnunam. 1/8 finala çıxmaq əzmindəydik, tarix yazmaq istəyirdik. Futbolçuların bu vəzifəni üzərinə götürdüklərini gördüm. Komandamla fəxr edirəm”.

Bu sözləri Avstriya millisinin baş məşqçisi Franko Foda “Avro-2020”nin qrup mərhələsinin 3-cü turunda Ukraynaya 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyundan sonra deyib. “Azarkeşlər üçün oynamaq istəyirdik. Buxarestə qayıtmaqdan ötrü uzun bir yol qət etdilər, buna görə onları mükafatlandıra bildiyimiz üçün xoşbəxtik”, - deyə o, bildirib.

F.Foda 1/8 finalda qarşılaşacaqları İtaliya millisi haqda da danışıb: “İtaliya çoxdan məğlub olmayıb. Hazırlaşmaq və özümüzə gəlmək vacib olacaq, o zaman Londonda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Çətin olacaq, amma komanda həvəsli və hazırlıqlıdır”.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM