21:33 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi xilasedicilərin iştirakı ilə təlim keçirib

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:07 29.09.2021

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi mərkəzin xüsusi xilasetmə hissəsinin xilasediciləri və Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayon Dövlət Yanğından Mühafizə hissələrinin tərkibində fəaliyyət göstərən xilasedicilərin iştirakı ilə təlim təşkil edib.

FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd xilasetmə əməliyyatlarına cəlb olunan qüvvələrin nəzəri və praktiki biliklərinin artırılması, ekstremal hallarda xilasetmə işinin daha keyfiyyətlə aparılması üçün təcrübənin yüksəldilməsi olub.

Təlim zamanı şərti qəza baş vermiş binada kəşfiyyatın aparılması, alpinist ləvazimatlarından istifadə etməklə yüksəklikdən zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi ssenarisi üzrə keçirilib. Təlimdə xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə şərti qəza zamanı qarşıya qoyulmuş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.

Sonda təlimin təhlili aparılıb, müvafiq tövsiyələr verilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM