03:19 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fotocihazlarda gələcək

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:12 17.07.2021

 

Texnologiyanın inkişafını təxmin etmək mümkün deyil, lakin fotoqrafiyada irəliləyişlər nəticəsində yaxın bir neçə il ərzində istehsal olunacaq yeni kameraların proqnozlarını vermək olar.

Yeni istehsal ediləcək fotoaparatlarda kəsintisiz bağlantı probleminin həll olunması üçün simsiz əlaqələrin çeşidliliyi artırılacaq. Bu da çəkilən şəkilləri aparatların ekranlarından kiçik ölçüdə deyil, daha böyük avadanlıqlara ötürülərək anındaca görməyimizə şərait yaradacaq. Tələb olunan kabel və s. kimi bağlantılara isə ehtiyac qalmayacaq.

Fokusların aydınlılığı və sürətliliyi üzərində həyata keçirilən işlər gələcək yeni nəsil fotoaparatlarında təqdim olunacaq funksiyalardandır.

Fotoaparatlardan əlavə, gündəlik istifadəmizdə olan smartfonlarla daha çox şəkillər çəkilir və onların kameralarının təkmilləşdirilməsi nəticəsində keyfiyyətli şəkillər əldə edilir. Yalnız fotoaparatlara məxsus olan linzalaraın dəyişdirilməsi xüsusiyyəti gələcək smartfonlara gətirilə bilər. Bunun nəticəsi olaraq insanların daha yaxşı şəkillər çəkmələri təmin oluna bilər. Necə deyərlər, ən yaxşı kamera yanındakı kameradır.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM