07:12 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Finlandiyanın XİN rəhbəri: Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi təqdirəlayiqdir
 
ANA SƏHİFƏ / SİYASƏT
18:48 23.09.2021

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində sentyabrın 22-də Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib və bu əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparılıb, həmçinin hazırda Azərbaycan ilə Finlandiya arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğu vurğulanıb.

Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən siyasi, iqtisadi, humanitar, təhsil, kənd təsərrüfatı, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair, eləcə də regional təhlükəsizlik məsələləri, üçtərəfli Bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən genişmiqyaslı dağıntılar, tarixi-mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb, hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, ölkəmizin beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğunu qeyd edib.

Tərəflər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Pekka Haavisto ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu ifadə edib. O, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib və üçtərəfli bəyanatın icrasının vacib olduğunu vurğulayıb.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM