26 Aprel 2012 02:04
447
PARLAMENT
A- A+

Filip LEFORT: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişməlidir

 

Avropa İttifaqı Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişməli, problem tezliklə ədalətli həllini tapmalıdır.

Bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort aprelin 25-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə söyləmişdir.

Oqtay Əsədov qonağa Azərbaycanda həyata keçirilən islahatlar, Avropaya inteqrasiyanın sürətləndirilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan "Avropa qonşuluq siyasəti" və "Şərq tərəfdaşlığı" layihələrində fəal iştirak edir. Avropa İttifaqının nümayəndə heyətlərinin tez-tez Azərbaycana səfər etmələri də çox müsbət haldır. Bu, həm əməkdaşlığımızın daha da genişlənməsində, həm də  bəzi problemlərin öz həllini tapmasında mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda Avronest Parlament Assambleyasının ikinci sessiyası da çox yüksək səviyyədə Azərbaycanda keçirilmişdir. Bu da bizim tərəfdaşlığımızın və hər iki tərəf üçün faydalı əməkdaşlığın bariz nümunəsidir. Nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələr bizim tərəfimizdən çox yüksək qiymətləndirilmişdir. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə qəbul edilir və dəstəklənir, Ermənistan işğalçı dövlət kimi tanınır və işğal etdiyi torpaqları azad etməsi tələb olunur. Amma beynəlxalq təşkilatların öz qərarlarının icrasına nəzarət etməməsi təəssüf hissi doğurur. Düşünürük ki, işğalçı kimi tanınmış Ermənistan sülhə məcbur edilməlidir.

Oqtay Əsədov Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin ədalətli  həlli ilə bağlı səylərini bundan sonra da davam etdirəcəyinə ümidvar olduğunu bildirmişdir. 

Filip Lefort yenidən Azərbaycana səfər etməsindən məmnun qaldığını bildirmişdir. O demişdir ki, Azərbaycan Avropa İttifaqı üçün çox önəmli tərəfdaşdır. Azərbaycanın hərtərəfli inkişafı bizi çox sevindirir və biz önəmli hesab etdiyimiz tərəfdaşımızı dəstəkləməyə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində kömək göstərməyə hazırıq.

Xüsusi nümayəndə bildirmişdir ki, Avropa İttifaqı da Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda, ədalətli həllində maraqlıdır. Biz artıq bununla bağlı mövqeyimizi açıq şəkildə bəyan etmişik. Avropa İttifaqı bölgədəki mövcud vəziyyətdən ciddi narahatlıq keçirir. Hesab edirik ki, status-kvo dəyişməlidir və münaqişənin yenidən alovlanması yolverilməzdir.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

"Azərbaycan"

Foto F.BAĞIROVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video