03 Mart 2021 00:48
837
CƏMİYYƏT
A- A+

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti təhlükəsizlik  tədbirlərini davam etdirir

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində fəaliyyət göstərən bir sıra obyektlərin ərazisinin uzun müddət qamış, quru ot və yanar tullantılardan təmizlənməməsi nəticəsində yanğın təhlükəsinin yaranması ilə bağlı daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirib.

FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ərazidə yerləşən bir sıra obyektlərin, o cümlədən neft boru kəmərlərinin keçdiyi sahənin uzun müddət qamış, quru ot və yanar tullantılardan təmizlənmədiyi təsdiqini tapıb.

Bunlar nəzərə alınaraq aidiyyəti təşkilatların rəhbərləri qarşısında məsələ qaldırılıb, xüsusi texnika və canlı qüvvə cəlb edilməklə ərazinin təmizlənməsinə başlanılıb. Bugünədək Xətai rayonunun Əhmədli qəsəbəsi 622/9-cu keçid ünvanında və Əhmədli qəsəbəsi yolu K.Kərimov küçəsində ümumilikdə üç hektardan çox sahə obyekt rəhbərləri tərəfindən işçi qüvvəsi və texnika cəlb edilməklə məişət tullantıları, kol-kos və qamışlıqdan təmizlənib.

İşlər yaxın günlərdə tam başa çatdırılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video