06 Mart 2021 02:49
1140
Təhsil
A- A+

FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə akademiya rəisinin birinci müavini polkovnik-leytenant Qəzənfər Bağırov ali təhsil müəssisəsi barədə ətraflı məlumat verib. Bildirib ki, akademiya nazirlik üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatları aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada həm respublikamızın, həm xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan Texniki Universiteti kimi çoxillik təcrübəyə malik elm və təhsil ocağı ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Akademiyada iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavr səviyyəsi üzrə əyani və qiyabi şöbələr, magistratura səviyyəsində təhsil təşkil olunub. Fənn kabinetləri, auditoriyalar və laboratoriyalar hər cür zəruri avadanlıqla təchiz edilib, xilasetmə, tibbi hazırlıq, dalğıc, alpinist hazırlığı və digər sahələr üzrə xüsusi tədris kabinetləri, elektronika və elektrotexnika, materialşünaslıq, kimya, informatika və sair fənn laboratoriyaları fəaliyyət göstərir. Bütün bunlar tədrisin yüksək səviyyədə aparılmasına geniş imkanlar açır.

FHN Akademiyası ilə əməkdaşlıqdan məmnunluq ifadə edən Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev hər iki təhsil müəssisəsi arasında möhkəm əlaqələrin vacibliyini vurğulayıb.

Akademiyanın fənn kabinetləri və zəngin kitabxanasına baş çəkən qonaqlar, həmçinin ali təhsil ocağının maddi-texniki bazası ilə, eyni zamanda Heydər Əliyev Mərkəzi və tədris ocağının on illik fəaliyyətini əks etdirən muzeylə tanış olublar.

Sonda hər iki ali təhsil müəssisəsi arasında elm və təhsil sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video