11:26 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Feyxoanın bilmədiyimiz faydaları
ANA SƏHİFƏ / SƏHIYYƏ
20:21 10.10.2018

Ölkəmizin subtropik iqlimə malik cənub bölgəsində yetişən feyxoa, əsasən payız aylarından başlayaraq bazar və dükanlarımızda çox satılan meyvələrdəndir. Bu meyvəni dadına və ətrinə görə alıb, ləzzətlə yesək də, onun faydası haqqında geniş biliyə malik deyilik.

Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində feyxoanın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, feyxoa spesifik tamı və ətri ilə fərqlənir. Bu meyvədən həm təzə halda istifadə edilir, həm də ondan bir sıra məhsullar–mürəbbə, cem, kompot, şirə və likör hazırlanır.

Meyvələrin tərkibində əsasən saxaroza və qlükoza ilə təmsil olunan şəkərlər, turşular (limon, alma və sair), dabbaq maddələri, pektin, becərilmə yerindən asılı olaraq 10 – 40- milliqram yod, eyni zamanda flavanoid, qlükozid, kumarin, hər 100 qram meyvədə 50-80 milliqram C, E, PP, B1, B2, zülal, karbohidratlar və əsasən qabıqda toplanmış müxtəlif mikroelemtlər (Cr, P1, V, Cu, Mn, Ni, S, Ti, Fe) olur. Bir meyvə təxminən 49 kilokaloridir.

Feyxoada amin turşuları azlıq təşkil edir. Onlar əsasən asparagin, arginin, qlutamin, alanin və tirozinlə təmsil olunur. Feyxoanın təzə meyvələri qalxanvarı vəz xəstəliyi (zob), podaqra və ateroskleroz zamanı faydalıdır. Bu bitkinin şirəsi isə mədə bağırsaq xəstəlikləri, qastrit, pielonefrit, ateroskleroz, zob, raxit və sinqa xəstəlikləri zamanı istifadə edilir.

Bakteriosid xüsusiyyətə malik olduğu üçün gündə 0,5-1 stəkan feyxoa şirəsi vasitəsilə qızılı stafilokoka qarşı mübarizə aparmaq olar.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM