25 Iyun 2021 01:43
798
İDMAN
A- A+

Fernandu Santuş Belçika ilə matçı dəyərləndirdi

 

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş “Avro-2020”nin 3-cü turunda Fransa ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra açıqlama verib.

O, komandasının oyunundan razı qaldığını bildirib: “Oyunda ən çox bəyəndiyim komandanın kollektiv hərəkət etməsi idi. Futbolçular Almaniya ilə matçın təkrarlanmaması üçün nələrin edilməsi lazım olduğunu soruşanda, özümüzə bənzəməyin yetərli olduğunu dedim.

Yarış ruhumuzu itirmədən davamlı, güclü oynadıq. Komandanın inkişafı üçün şərait var. Görüşdə ilk hissə yaxşı keçdi. Həmişə olduğu kimi çox mütəşəkkil idik. Rəqibə şans vermədik. Amma ikinci hissəyə pis başladıq. Fransa millisi qol da vurdu. Ancaq yenidən oyun qurmağı bacardıq”.

Santuş 1/8 final mərhələsindəki rəqibləri olan Belçika millisini də dəyərləndirib: “Belçika millisi çətin rəqibdir. FİFA reytinqində birinci yerdədirlər. Ancaq onları yaxşı analiz edib nəticə qazanmalıyıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video