05:44 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fərid Şəfiyev Ermənistanın baş nazirinin “Dağlıq Qarabağı qaytarmaq” iddialarını şərh edib
 
ANA SƏHİFƏ / SİYASƏT
14:09 15.04.2021

 Dünən Ermənistanın baş naziri Nikol Paşinyan ərazi iddialarını yenidən gündəmə gətirərək “bütün Dağlıq Qarabağın qaytarılması”ndan danışıb. Mənə maraqlıdır ki, beynəlxalq ekspertlər bu ritorikanı təcavüzkar adlandıracaqlarmı, yoxsa onlar birtərəfli şəkildə əsassız olaraq yalnız Azərbaycanı günahlandıracaqlar? Bütün bunlar Azərbaycanı “qələbədən qırağa baxmaq” və “səxavətlilik nümayiş etdirmək” kimi mənasız tövsiyələrə məhəl qoymamağa məcbur edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağı qaytarmaq” iddialarına şərhində yer alıb.

F.Şəfiyev bildirib ki, Azərbaycan Kəlbəcərdə ermənilərin evləri qarət etməsinə və yandırmasına baxmayaraq, rayonun boşaldılması üçün verilən vaxtın 10 gün daha uzadılmasına imkan yaratdığı, Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlının hələ də itkin olduğu bir vaxtda 1500 erməni əsgərin meyitini təhvil verdiyi, Gorus-Qapan yolu, Rusiya qazının Ermənistana nəqli və humanitar yük üçün Azərbaycan ərazisindən istifadəyə razılıq verdiyi halda bütün bunlar qiymətləndirilmir. Halbuki azərbaycanlılar 30 illik müharibə və işğalın acı nəticələrindən və itkilərindən hələ də qurtulmayıb.

“Bir neçə gün əvvəl keçirilmiş “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans zamanı verilən bəzi suallar göstərdi ki, bəzi beynəlxalq ekspertlər daha çox ermənilərin taleyinə görə narahatdırlar. Azərbaycanlıların yeganə yolu hərbi imkanlarını daha da gücləndirmək və təxribatlara hazır olmaqdır. ATƏT-in Minsk qrupunun son bəyanatını da konstruktiv adlandırmaq olmaz. Onlar anlamalıdırlar ki, Azərbaycan öz ərazilərini bərpa etməyə nail oldu. Hazırda onların işi Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqla iki ölkə arasında sülh razılaşmasının imzalanmasına nail olmaq istiqamətində qurulmalıdır. Əks halda, qrupun işinin heç bir əhəmiyyəti qalmır”, - deyə F.Şəfiyev bildirib.

Qeyd edilib ki, bununla yanaşı, Azərbaycan Ermənistandan olan azərbaycanlı qaçqınların taleyi, Ermənistanda Azərbaycana məxsus mədəni irsin qorunması, Ermənistanın Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə bombalar yağdırmasına görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə yanaşı, onların mülklərinin bərpası məsələsini danışıqlar gündəminə gətirməlidir. Ermənistanda Azərbaycana məxsus mədəni irsin qorunması məsələsi ilə bağlı UNESCO missiyasının hər iki ölkəyə səfəri tələb edilməlidir. Azərbaycanın keçmiş işğal olunmuş ərazilərinin tamamilə dağıdılması və talan edilməsinə dair təzminat məsələsi isə başqa bir vacib istiqamətdir. Nəhayət qlobal və regional oyunçuların həm regionun əhalisi, həm də öz mənafeləri naminə uzunmüddətli mənfəətlər barədə düşünmək əvəzinə, şəxsi maraqlardan çıxış etməsi təəssüf doğurur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM