01 Sentyabr 2013 12:09
2444
Oxucu məktubları
A- A+

Fərhad qaya çapanda...

 

Hörmətli redaksiya, fotoqraf kimi Azərbaycanın bir çox bölgələrində olmuşam.  Ölkəmizin qənirsiz təbiət mənzərələrinin, tarixi əfsanələrə bağlanan abidələrin pərəstişkarıyam. Qazax rayonunda çəkdiyim şəkillər isə mənə məşhur Azərbaycan yazıçısı Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərini xatırlatdı. Şirinin xətrinə Bisütun dağını yaran Fərhadın hünərinə heyran qalmamaq olmur:

 

Fərhad külüng caldı, daş quma dondü,

Dağlar zərbəsindən bir muma dondü.

Külüngü qart daşı hey yara-yara

Daşların bağrında acırdı yara.

 

XII əsrdə yazılan bu misraları oxuyanda anlayırsan ki, dağları yarmaq, süd yolu çəkmək mümkün olan iş deyil, bu, sadəcə romantik bir dahinin təxəyyülünün poetik təcəssümüdür. Dahi şair bu şübhələri də bir neçə misra ilə dağıdır:

 

Ustanın əlinə keçənə qədər,

Adətdir ki, hər iş çətin görünər.

Polad yüz dağ olsa, yenə də inan,

Vurub parça-parça dağıdar insan.

 

Qazax dağlarının sinəsində daşdan çapılan neçə-neçə su arxını görəndə heyrətimi gizlədə bilmədim! Bu ərazilərdə Qədim Albaniyanın inkişaf etmiş əyalət mərkəzlərindən sayılan Kasaxa yerləşib. Hələ də sirri dəyərincə açıqlanmayan Avey mağaraları, Qızıl qaya, Yel dəyirmanı, Göyəzən  möcüzələri nələrdən xəbər verir? Nə vaxtsa bu ərazilərdə yaşayış məskənləri olub. Buralara su gətirmək üçünsə yüzlərlə Fərhad kimi oğulun rəşadəti lazım gəlib. Dağların daş sinəsi şırım-şırım külünglə yarılıb, sonra su quyuları qazılıb və yağan yağışlar bu daş arxlarla axaraq quyulara tökülüb! Belə çıxır ki, Fərhad surəti, süd arxı dahi şairimizin romantik tapıntıları deyil. Bu ərazilərdə Fərhad kimi igidlər dağ yarıb, daşdan arxlar salıblar. Belə çıxır ki, dahi şair yaradıcılığında poetik fantaziyadan daha çox tarixin reallıqlarına söykənib.  

 

Kərəm NƏBİYEV,

fotoqraf

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video