27 Avqust 2011 06:08
585
İDMAN
A- A+

"Fənərbaxça" Super Liqadan imtina etdi

 

Danışılmış oyunlarla əlaqədar UEFA Çempionlar Liqasından kənarlaşdırılan "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım yenidən gündəmə gəlib. Hazırda həbsxanada saxlanılan Yıldırım gözlənilmədən Klublar Birliyinin rəhbəri postundan istefa verdiyini açıqlayıb. O, bunu komandasının qitənin ən nufuzlu klub turnirindən uzaqlaşdırılması ilə əlaqələndirib.

Amma Yıldırım klubdakı vəzifəsindən ayrılmaq fikrində deyil. Onu Klublar Birliyinin rəhbəri postunda kimin əvəzləyəcəyi hələlik bilinmir.

Bu azmış kimi, komanda növbəti sarsıntı ilə üzləşib. Klub prezidentinin vəkili və birinci vitse-prezidenti Nihat Özdəmir baş verənlərdən sonra istefa verdiyini açıqlayıb. O, Türkiyə Futbol Federasiyasının (TFF) Apelyasiya Komitəsinin iclasından sonra "Metris" həbsxanasına gedərək Əziz Yıldırımla söhbətləşib. Özdəmir və "Fənərbaxça"nın vitse-prezidenti Əli Koç daha sonra klubun idarə heyətini təcili toplayıblar. İki saata yaxın davam edən iclasın yekununda Özdəmirin istefa verməsilə yanaşı,  komandanın növbəti mövsümdən etibarən mübarizəni birinci divizionda (Bank Asya 1-ci Liqada) davam etdirməsi ilə bağlı qərar qəbul olunub. Artıq bunun üçün Türkiyə Futbol Federasiyasına rəsmi müraciət də ünvanlanıb.

Məlumat üçün onu da qeyd edək ki, Çempionlar Liqasından kənarlaşdırılmasından sonra "Fənərbaxça" klubunda legioner  futbolçular da  artıq özlərinə yeni klub axtarışına başlayıblar. Yerli mətbuat komandadan ayrılacaq  ilk futbolçunun adını açıqlayıb. Klubu birinci uruqvaylı Dieqo Luqano tərk etmək istədiyini rəhbərliyə bildirib. Deyilənə görə, Uruqvay milli komandasının aparıcı futbolçusu qərarının səhəri günü Fransanın PSJ klubu ilə anlaşıb. Onun transferinin isə ən uzağı bu gün reallaşacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video