02:16 16 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Faşizm üzərində Qələbədə Azərbaycanın roluna dair Los-Ancelesdə film hazırlanıb
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
13:27 09.05.2021

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu faşizm üzərində Qələbədə Azərbaycanın roluna dair ingilis dilində qısa film hazırlayıb.

Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, filmdə faşizm üzərində Qələbədə Bakı neftinin strateji rol oynadığı xüsusi qeyd edilir. Azərbaycan neftçilərinin 1941-1945-ci illərdə 75 milyon ton neft istehsal etdiyi, həmin illərdə Sovet İttifaqında neft hasilatının 70 faizdən çoxunun, yanacaq istehsalının isə 80 faizdən çoxunun Bakının payına düşdüyü vurğulanır.

Bu məqsədlə Adolf Hitlerin Bakı və onun neft mədənlərini ələ keçirməyi özünə əsas hədəf seçdiyi qeyd olunur.

Filmdə İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının şücaətindən bəhs edilərək, 700 min azərbaycanlının müharibədə iştirak etdiyi və onlardan 400 mininin bu müharibədə həlak olduğu bildirilir. Döyüşlərdə nümayiş etdirdikləri şücaətə görə 128 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyü vurğulanır.

Həmçinin Şərqi Avropanın Almaniya tərəfindən işğalından sonra Azərbaycana pənah gətirmiş 10 mindən çox yəhudiyə ölkəmizin sığınacaq verdiyi və bununla bağlı Dünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin fikirləri də filmdə yer alır. R.Lauderin müharibə illərində Azərbaycanın böyük sayda yəhudini və onların uşaqlarını faşistlərdən və Holokostdan xilas etməsini minnətdarlıq hissi ilə qeyd etməsi bildirilir.

Sonda Azərbaycanda hər il 9 mayın Qələbə günü kimi qeyd edildiyi diqqətə çatdırılır. Film Azərbaycanın Argentina və Yunanıstandakı səfirliklərinin dəstəyi ilə müvafiq olaraq, ispan, yunan və alban dillərinə də tərcümə olunub.

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən Los-Ancelesdəki baş konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 23 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bəziləri dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM