04 Mart 2021 00:42
851
SİYASƏT
A- A+

Faşizm ideologiyası erməni xalqını məhvə aparır

 

Erməni siyasətçilərinin, bu xalqa rəhbərlik edənlərin, hakimiyyətə can atanların hər birinin başlıca şüarı millətçilik, “Böyük Ermənistan” yaratmaq, təcavüz yolu ilə torpaqları işğal etməkdir. Çünki erməni xalqına rəhbərlik etmək üçün şans qazanmaqdan ötrü başqa yol yoxdur. Bu çağırışlara sadiq olmayan və onu özü üçün müqəddəs amal hesab etməyən erməninin kiçik bir vəzifə tutması belə mümkün deyildir. Çünki körpəlikdən ermənilərin mayası faşizm ideologiyası, millətçilik, terror, təcavüz amalları ilə yoğrulub və onlar daim başqa xalqlara, xüsusilə türklərə və azərbaycanlılara nifrət ruhunda tərbiyə alıblar.

Dünyanın ən ali və qədim xalqı iddiası, xiristianlığın təməlini qoyan millət, cəmiyyət mifik düşüncəsi, hamıdan ağıllı psixologiyası, reallıqlara əsaslanmayan və ağlasığmayan hadisələri həqiqət kimi qələmə vermək cəhdi, faşist, cəllad, xain dünyagörüşü ermənilərin qanına elə yeriyib ki, onlar buna görə tarixboyu əzilə-əzilə, onun-bunun qoltuğuna sığına-sığına yaşayıblar, ancaq yenə də öz iddialarından əl çəkməyiblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışında ermənilərin mənfur xislətini çox gözəl xarakterizə edərək demişdir: “Bütün dünyaya əsassız tələblər irəli sürürlər. Sanki hər kəs bunlara kömək etməlidir, bunları müftə yedizdirməlidir, silahla təmin etməlidir. Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna. Bizim torpağımızı işğal edib, insanları evsiz- eşiksiz qoyub, tarixi abidələrimizi, məscidlərimizi dağıdıb. Ondan sonra da deyib ki, bu erməni torpağıdır”.

Ermənilər dünyaya onları tanıyan, əməllərinə bələd olan müdriklər, tarixçilər, siyasətçilər tərəfindən ən riyakar, xain, ikiüzlü xalq kimi təqdim olunmalarına baxmayaraq, bütün yollara getdikləri, ən çirkin əməlləri işlətdikləri üçün daim əldə oyuncaq, vasitə kimi istifadə olunmuşdur.

Erməni xislətinə dərindən bələd olan, bu xalqın insanlığa zidd əməllərinin şahidinə çevrilən heç bir kəs bu insanlara bel bağlamaz.

Son bir əsrdə ermənilər tərəfindən törədilən minlərlə qətllər, soyqırımlar, terror aktları, kütləvi insan tələfatları deməyə əsas verir ki, onlar dünyanın ən qəddar xalqıdır. Ermənilər nəinki sığındıqları azərbaycanlılara, eləcə də türklərə, fransızlara, ruslara, ingilislərə və başqa xalqlara da qarşı terror, qətl hadisələri törətmiş, xəyanət etmişlər. Birinci Dünya müharibəsində ermənilərin milli qəhrəman səviyyəsinə qaldırdıqları, adını və heykəlini ucaltdıqları Andranik minlərlə azərbaycanlının və türkün qanını axıtmış, yəhudilərin, kürdlərin, rusların ölümünə səbəb olmuş, başqa dövlətlərə satılaraq dinc insanların məhv edilməsində fəal iştirak etmişdir. Ermənilər tərəfindən heykəli ucaldılan, adına küçələr salınan Qaragin Njde isə öz babalarının yolunu gedərək İkinci Dünya müharibəsində almanlara satılmış, sovet ordusuna qarşı vuruşmuş, çoxsaylı insan qətlinə imkan yaratmışdır. Tarixdə saysız- hesabsız cinayətlər törədən, etnik mənsubiyyətlərdən aşlı olmayaraq minlərlə insan qatillərinin Ermənistan hərbi-siyasi rəhbərləri tərəfindən dəstəklənməsi faşizm ideologiyasının dövlət səviyyəsində müdafiə edilməsidir.

Bu gün Ermənistan dünyada faşist ideologiyasını təbliğ edən və bu ideologiyanın nümayəndələrini milli qəhrəman səviyyəsinə ucaldan birinci dövlətdir. Bunun nəticəsidir ki, Ermənistanın keçmiş və indiki rəhbərləri həmişə qan tökmələri, qəddarlıq etmələri, kənd və şəhərləri viran qoymaları, cinayətlər törətməkləri ilə fəxr edir və bu çirkin əməllərindən qürur duyurlar.

Zori Balayan 13 yaşlı azərbaycanlı qızın dərisini diri-diri soyması ilə fəxr etdiyi halda, keçmiş prezidentlər Koçaryan və Sarkisyan Xocalı soyqırımında bilavasitə iştirak etdiklərinə, yüzlərlə uşağı, qocanı, qadını qətlə yetirdiklərinə görə qürur duyur və bunu beynəlxalq aləmə bəyan edirlər.

Onlar bu gün də törətdikləri ağır cinayətin fərqində deyillər və yeni, daha amansız qətllər, soyqırımlar həyata keçirmək arzusundadırlar. Bir vaxtlar “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdülər, biz stereotipləri qırdıq, yəni azərbaycanlılara qəddarlığımızı göstərdik” deyən S.Sarkisyan Vətən müharibəsində “İsgəndər” raketlərinin işə salınmamasından təəssüf hissi keçirdiyini bildirir və buna görə baş nazir N.Paşinyanı günahlandırır. O, bu raketlərin müharibə başlayan ilk günlərdən istifadə olunmasının və külli miqdarda insanın məhv edilməsinin vacib olduğunu dilə gətirməklə faşist xislətini bir daha dünyaya nümayiş etdirir.

Onun-bunun əlinə baxa-baxa yaşayan Ermənistan rəhbərləri, siyasətçiləri revanş əldə etmək, müharibəyə başlamaq arzusundadırlar. Başadüşülən deyil. Tam məğlubiyyətə uğrayan, müharibənin dayandırılması üçün diz çöküb yalvaran, məğlubiyyət aktına imza atan, iqtisadi cəhətdən çökən, vətəndaş müharibəsi şəraitində yaşayan bir ölkə hansı ordu və qüvvə ilə müharibə aparmağa qadirdir. Əgər döyüşlər yenidən başlayarsa, Ermənistanın hansı vəziyyətə düşəcəyi hər bir kəsə məlumdur.      

Ölkə çıxılmaz vəziyyətdə olduğu bir halda erməni siyasətçiləri, diaspor təşkilatları yenə də qonşu dövlətlərə qarşı torpaq iddiasından əl çəkmir, sərsəm fikirlər səsləndirirlər. Azərbaycan və Türkiyədən başqa, ermənilər Gürcüstanın bir çox ərazilərini Ermənistana qatmaq məqsədilə çağırışlar edir və təxribatlar törədirlər. 

Hətta onlar Rusiyanın bir çox ərazilərinin erməni torpaqları olduğunu belə dilə gətirməkdən çəkinmirlər. Ermənistanın Rusiyadan asılı olduğu bir vaxtda erməni siyasətçilərinin səsləndirdikləri bu fikirlər xəyanətin nümunəsidir.

Rusiyadakı erməni diasporunun nümayəndəsi Norayr Qriqoryan açıq şəkildə bəyan edir ki, diasporun əsas və təxirəsalınmaz vəzifəsi Soçi və Adler şəhərlərində erməni muxtariyyəti əldə etməkdir. O bildirir ki, Abxaziya bizimdir. Dağıstan və Çeçenistan “Böyük Ermənistan”ın tərkibində olmuşdur və ermənilər bu ərazilərdə öz hüquqlarını bərpa etməlidirlər.

ABŞ-dakı erməni icmasının tanınmış üzvlərindən biri Artaşes Poqosyan isə erməni rəhbərlərini xain adlandırır. Onları Bakıya satılmaqda günahlandırır: “Deyəsən, Ermənistan rəhbərliyi ilə Bakı arasında yeni, ictimaiyyətə açıqlanmayan razılaşma var”.

Bax budur, erməni xisləti, erməni düşüncəsi, erməni riyakarlığı. Ancaq bu riyakarların, faşistlərin səsinə səs verənlər, onları həvəsləndirənlər, yeni münaqişələrə yol açmağa imkan yaradanlar da var. Cənab İlham Əliyev belələrinə qarşı özünün kəskin mövqeyini ortaya qoyur: “Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu batdı, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır”.           

Ölkə rəhbərinin qeyd etdiyi kimi, erməni xalqı, ölkənin hərbi-siyasi dairələrinin rəhbərləri faşizm ideologiyasının əsirinə çevrilmişlər. Uzun illər xalqımıza qarşı aparılan təcavüzkarlıq siyasəti və mövcud vəziyyət bunu aydın göstərir. 30 il torpaqlarımızın işğal altında saxlanılması, kütləvi qətllər, eləcə də müharibə günlərində dinc əhalinin və mülki obyektlərin raket atəşinə tutulması bu dövlətin terrorçuluq siyasətini özündə əks etdirir. Yaxşıdır ki, hazırda beynəlxalq aləm Ermənistanda faşizmin təbliğinin dövlət siyasəti səviyyəsinə qaldırılmasını, belə bir təhlükəli meylin qorxulu bir tendensiyaya çevrildiyini anlamağa başlamışdır.

Njde və daşnaksütyun ideologiyası ilə silahlanan erməni xalqı bilməlidir ki, bu, faşist ideologiyasıdır, nəinki erməni xalqı, bəşəriyyət üçün çox təhlükəlidir. Çünki bu ideologiya insanlığa qarşıdır, özünü dünyadan təcrid etmək və digər cəmiyyətlər üzərində üstünlük nümayiş etdirmək prinsipləri əsasında qurulmuşdur.

Erməni dövləti və xalqı faşist ideologiyasından, millətçilik niyyətlərindən əl çəkib qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmasa, iqtisadiyyatın, ictimai-siyasi sabitliyin, insanların normal yaşayışının qeydinə qalmasa, məhv olacaqdır.

 

Tahir RZAYEV,

 Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video