06:39 20 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Faktlar təsdiqini tapsa da…
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
01:04 20.06.2019


Qəzetimizin 3 may 2019-cu il tarixli nömrəsində dərc olunmuş "Yıxılan ağaca balta vuran… tapılmır” başlıqlı replika ilə əlaqədar SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyindən və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən cavab göndərilmişdir.

Xatırladaq ki, replikada paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 17/51 saylı binanın həyətindəki ağacların qaz boruları üçün real təhlükə yaratdığından bəhs edilirdi.

"Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev və 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Firdovsi Hacıyevin imzaladıqları cavabların hər ikisində replikada göstərilmiş faktların təsdiqini tapdığı etiraf olunmuş və təhlükənin aradan qaldırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinə, eləcə də Bakı Regional Qaz İstismar Departamentinə məktubla müraciət edildiyi bildirilmişdir.

Bununla belə, hər iki qurumun nəzərinə çatdırırıq ki, paytaxt ərazisində təhlükə törədə biləcək ağacların kəsilməsi ilə rayon icra hakimiyyətləri yox, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan verilən ekspert rəyi əsasında Bakı ŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi məşğul olur. Yəqin elə həm "Azəriqaz” İB-nin, həm də 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin özlərinin də təsdiqlədikləri təhlükənin qarşısının alınması üçün müraciət etdikləri ünvanı səhv salmaları səbəbindəndir ki, replikanın dərcindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qaz borularına "dayaq” olan ağaclara hələ də... balta vuran tapılmır.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM