22:58 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ev şəraitində dişlərin təmizlənməsinin bir neçə üsulu var
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:05 09.10.2018

Dişlərə düzgün qulluq onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir. Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl təmizləmək lazımdır.
Respublika Stomatoloji Mərkəzin həkim-stomatoloqu Fidan Aslanlı dişlərin ağardılması barədə deyib: "Mütəmadi olaraq hər gün 3-5 dəqiqə ərzində dişlərin xarici, daxili və çeynəmə səthi fırçalanmalıdır. Bunun üçün təxminən 10 dəqiqə ərzində fırça diş boyu vertikal istiqamətdə, ən az 400 dəfə hərəkət etdirilməlidir. Axşam dişləri təmizlədikdən sonra isə diş ətini 5-7 dəqiqə ərzində masaj etmək məsləhət görülür. Ağız boşluğu və diş ətinin iltihabi xəstəlikləri olduqda masaj etmək düzgün deyil”.

Həkim ev şəraitində dişlərin təmizlənməsinin bir neçə üsulu barədə məlumat verib: "Dişlərin ağardılması üçün ağcaqayın ağacının quru oduncağı ocaqda yandırılır və onun külü ilə dişlər təmizlənir. Bir ay ərzində həftədə iki dəfə zeytun yağı, soda və limon suyunun qarışığı ilə də dişləri ağartmaq olar. Onu da qeyd etmək lazımdır ki, bu prosedurun tez- tez təkrarlanması diş emalını zədələyə bilər.

Diş məcununa əlavə edilən bir damcı limonun efir yağı dişlərin bəyazlığı ilə yanaşı ağızdan gözəl qoxu gəlməsinə də səbəb olur.

Möhkəm və çiy tərəvəzlər diş minasına zərər vermədən təmizləyici və ləkəçıxarıcı kimi istifadə edilir. Təzə alma, yerkökü, kərəviz, paxla və s. meyvə və tərəvəzlərin tərkibindəki sellüloz bakteriyaları aradan qaldıran təbii aşındırıcı lifdir.

Bundan başqa 1 stəkan suda 1 ədəd hidrogen-peroksid həbi həll edilir və ağız onunla yaxalanır. Həmin proseduru hər gün təkrarlamaq lazımdır.

Bir neçə ədəd aktivləşdirilmiş kömürün həbi əzilir, alınan tozla dişlər təmizlənir. Tam bəyaz olmasa da, dişlərin rəngi xeyli açılır.
Dil üzərində ağ ərp olduqda isə onu xüsusi diş fırçası ilə təmizləmək lazımdır”.

Damagların mohkəmliyi uçun C vitamini ilə zəngin olan çiyələk və limondan istifadə etməyi məsləhət görən həkim-stomatoloq həmin üsulların həkim təyinatı ilə aparılmasını daha məqsədəuyğun hesab edir. Belə ki, tətbiq olunan hissənin hidrogen-peroksidə, yağ və ya kömürə necə reaksiya verəcəyi məlum deyil və onlar diş emalını zədələyə bilər.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM