29 Dekabr 2011 02:12
330
CƏMİYYƏT
A- A+

«Eurovision» müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır

 

2012-ci ilin mayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.

AzərTAc xəbər verir ki, "Eurovision" mahnı müsabiqəsinin təskili və keçirilməsinə dəstək göstərilməsi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin müraciətini qəbul edən Heydər Əliyev Fondu beynəlxalq tədbirlərin təşkilindəki zəngin təcrübəsini ölkəmiz üçün önəmli olan bu layihəyə yönəltməyə razılıq vermişdir.

Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində iştirakının ilk günündən layihəyə dəstək verən Heydər Əliyev Fondunun təşkilatçılığı bu yarışmada ölkəmizin uğurla təmsil olunmağında mühüm rol oynamışdır.

"Eurovision" mahnı müsabiqəsi həm də Azərbaycanın zəngin tarixi və mədəni irsinin dünyaya daha yaxşı tanıdılması üçün əhəmiyyətli bir hadisədir. Bu baxımdan sosial, mədəniyyət, təhsil və digər sahələrdə böyük layihələr həyata keçirən Heydər Əliyev Fondu ilə əməkdaşlıq istər təşkilati, istərsə də təbliğat sahəsində önəmli hesab olunur.

İmzalanmış memorandumla müxtəlif mədəni tədbirlərin təşkil olunması və keçirilməsinə mütəxəssislərin cəlb edilməsi, Bakı şəhərinin müsabiqəyə uyğun bəzədilməsi, "Eurovision" mahnı müsabiqəsi həftələrində "Eurovillige", "Euroclub" kimi ənənəvi sosial proqramların təşkilində və könüllülər komandasının cəlb olunmasında yardım göstərilməsi və digər məsələlər nəzərdə tutulmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video