30 Dekabr 2011 01:12
373
Mədəniyyət
A- A+

«Eurovision Mahnı Müsabiqəsi – 2012»nin konsepsiyası təsdiq olunmuşdur

 

"Eurovision Mahnı Müsabiqəsi - 2012"nin konsepsiyası təsdiq olunmuşdur.

"Eurovision Mahnı Müsabiqəsi - 2012"nin Təşkilat Komitəsindən AzərTAc-a bildirmişlər ki, müsabiqənin konsepsiyası hər il ev sahibi olan ölkə tərəfindən yenilənərək buna uyğun şüar və simvol hazırlanır. Ənənəvi olaraq şounun konsepsiyasını özündə əks etdirən şüar və simvol Eurovision Mahnı Müsabiqəsinin əsas loqosuna əlavə edilir. Hər iki element müsabiqənin keçirildiyi ölkəyə aid olmaqla yanaşı, həm də Eurovision layihəsinin mahiyyətinə uyğun seçilməlidir. Şüarın və vizual elementin iştirakçılarda və televiziya tamaşaçılarında müsbət  emosiya yaratması da vacibdir.

Bütün bu prinsiplərin əsasında hazırlanan "Eurovision Mahnı Müsabiqəsi - 2012"nin şüar və simvolu Azərbaycana məxsus dəyərləri özündə əks etdirir.

Hazırda şüar və simvol üzərində son dizayn işləri aparılır və yaxın zamanlarda geniş ictimaiyyətə təqdim olunacaqdır. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video