22 Yanvar 2012 03:01
377
Mədəniyyət
A- A+

«Eurovision-2012»nin rəmzi açarının təhvili mərasimində müsabiqənin konsepsiyası təqdim olunacaqdır

 

Yanvarın 25-də "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edən Bakıda bir neçə təntənəli mərasim keçiriləcəkdir.

 Müsabiqənin işçi qrupundan AzərTAc-a bildirmişlər ki, həmin gün "Buta Palace"da "Eurovision-2012"nin rəmzi açarının təqdimetmə mərasimi, yarışmada təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və "Eurovision-2012"nin loqo və şüarının prezentasiyası keçiriləcəkdir. 

Müsabiqənin əsas mərasimlərindən olan rəmzi açarın təhvil verilməsində "Eurovision-2011"yə ev sahibliyi etmiş Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edəcəkdır. Bununla da Bakı "Eurovision-2012"yə ev sahibliyini rəsmən qəbul edəcəkdir.

 Rəmzi açarın təqdimetmə mərasimindən sonra "Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinallarında iştirak edəcək 37 ölkə arasında püşkatma olacaqdır. Həmçinin "Böyük beşliyin" (Fransa,  Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və keçən ilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirakı da müəyyən ediləcəkdir.

Yarımfinal mərhələlərində iştirak edən ölkələrin "Eurovision 2012"də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaqdır.

Tədbirin vacib məqamlarından biri isə "Eurovision-2012"nin konsepsiyasının təqdimatı olacaqdır. Möhtəşəm "Eurovision" axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanacaqdır.

2004-cü ildən etibarən "Eurovision" mahnı müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli logosu vardır. Buna baxmayaraq hər il müsabiqəyə ev sahibliyi edən ölkə həmin loqoya dəstək olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.

Yanvarın 25-də "Buta Palace"da keçiriləcək "Eurovision-2012"nin ilk təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri də iştirak edəcəklər.

 Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilmiş "Eurovision-2011"  mahnı müsabiqəsində qələbə qazanaraq Avropanın məşhur yarışmasına ev sahibliyi hüququ əldə etmişdir.

Mayın 22 və 24-də "Eurovision-2012"nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcəkdir. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə-Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video