05 Noyabr 2011 12:11
379
Mədəniyyət
A- A+

«Eurovision-2012» mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli seçim turunun ilk dinləmələrinə başlanılmışdır

 

"Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli seçim turunun ilk dinləmələrinə başlanılmışdır.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və internet şöbəsinin rəhbəri Tahir Məmmədov AzərTAc-a bildirmişdir ki, sənədləri qəbul olunmuş 119 nəfər iştirakçı 3 qrupa bölünmüşdür. Hər bir iştirakçı 2 mahnı ifa etməklə, səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcəkdir. Milli seçimdə dinləmələr noyabrın 7-də başa çatacaqdır. Bu dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsinə qatılacaq və İctimai Televiziyanın canlı efirində yarışacaqlar. Milli seçim ötən il tətbiq olunan qayda ilə aparılacaqdır. Azərbaycanın "Eurovision-2012" təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcəkdir.

 Milli seçimin dinləmələrində iştirak edən münsiflər heyətində "Eurovision" mahnı müsabiqəsinin şərhçiləri Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zəhra Bədəlbəyli, müğənnilər Tünzalə Ağayeva və Natəvan Şeyxova təmsil olunurlar.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video