07 Yanvar 2012 12:01
415
Mədəniyyət
A- A+

«Eurovision-2012» mahnı müsabiqəsi ilə bağlı promo-videoçarxlarının çəkilişləri üçün kastinqlər başlamışdır

 

Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı promo-videoçarxlarının çəkilişləri üçün kastinqlər başlamışdır. "Eurovision Mahnı Müsabiqəsi - 2012"nin işçi qrupundan AzərTAc-a bildirmişlər ki, kastinqlər yanvarın 6-da saat 10.00-dan 20.00-dək Bakı Biznes Mərkəzində keçirilir.

Bu prosesin reallaşdırılması ilə bağlı əvvəlcədən elan verilmişdir. Kastinqlərdə iştirak etmək istəyənlər Bakı Biznes Mərkəzinə gələrək burada fotoçəkilişlərdə iştirak edirlər. Rejissor və prodüser heyəti kastinqlərin nəticəsinə əsasən, iştirakçıları ikinci mərhələyə dəvət edəcəkdir.

Azərbaycanda bu cür kütləvi kastinq ilk dəfə keçirilir. Məqsəd tanıtım videoçarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və "Eurovision-2012" mahnı müsabiqəsində hamının yaxından iştirakına imkan yaratmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video