22:12 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Eureporter” nəşri: Zəngəzur dəhlizi bütün ölkələr üçün yeni iqtisadi imkanlar yaradacaq
ANA SƏHİFƏ / SİYASƏT
23:14 28.09.2021

 

Avropa İttifaqının “Еureporter” nüfuzlu informasiya və analitik nəşrində məşhur politoloq Kolin Stivensın “44 günlük müharibə bölgənin geosiyasi mənzərəsini dəyişib” adlı məqaləsi dərc edilib (https://www.eureporter.co/world/karabakh/2021/09/27/the-44-day-karabakh-war-has-changed-the-geopolitical-regional-landscape).

AZƏRTAC xəbər verir ki, məqalədə bir il əvvəl başlayan Vətən müharibəsinə yekun vurulur və onun Azərbaycan üçün qələbə ilə başa çatması nəticəsində region ölkələri üçün açılan imkanlar öyrənilir.

Müəllif yazır ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi regional iqtisadi inteqrasiya və təhlükəsizliyə ciddi problem yaradırdı. ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar prosesi, İrəvanın danışıqlar prosesinin onilliklər ərzində inkişaf etdirdiyi əvvəl əldə edilmiş razılaşmalar və prinsiplərdən imtina etməsi səbəbindən müvəffəqiyyətsizliyə uğradı. Nəticədə artan gərginlik və təxribatlar 44 günlük müharibə kimi tarixə düşən Azərbaycan ordusunun genişmiqyaslı hərbi əks hücumuna gətirib çıxardı.

Müəllif xatırladır ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya tərəfindən üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı. Bu bəyanata əsasən, Qarabağ bölgəsinə 1960 rusiyalı sülhməramlı, 90 zirehli maşın və 380 ədəd avtomobil və xüsusi texnika göndərildi. Bundan əlavə, Ağdam rayonunda atəşkəs rejiminin icrasının monitorinqinin aparılması üçün “Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi” açıldı. Noyabr razılaşması, düşmənçiliyə və hərbi əməliyyatlara son qoyan əhəmiyyətli sənəd oldu. Sənədə əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytarmağı öhdəliyinə götürdü, Azərbaycan isə Ermənistanla Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər arasında humanitar əlaqə kimi istifadə edilməli olan Laçın dəhlizinin təhlükəsizliyinə zəmanət verdi.

2021-ci il sentyabrın 27-si Azərbaycan üçün əlamətdar bir tarixdir, çünki ölkə 44 günlük müharibədə qələbənin birinci ildönümünü qeyd edir. Azərbaycan, ərazi bütövlüyünü bərpa edərək, Cənubi Qafqazda yeni bir dövrün - sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı. 44 günlük müharibə Qarabağ münaqişəsinə son qoyduğundan, müharibədən sonrakı dövrdə tərəflərin əsas məqsədi nəqliyyat əlaqələrinin açılması və bölgədə davamlı sülhü təmin edəcək dövlət sərhədlərinin demarkasiyası/delimitasiyası yolu ilə iqtisadi münasibətlərin bərpa edilməsi olmalıdır.

Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərin bərpası və bölgədəki bütün infrastrukturun inkişafı üzrə genişmiqyaslı proqrama start verib. Bu prosesdə bir çox beynəlxalq şirkətlər iştirak edir. Bu şirkətlər bütün zəruri avtomobil yolları, dəmir yollarının və iqtisadi inteqrasiyanın əsas elementləri olan digər infrastruktur obyektlərinin bərpası üçün çalışırlar. Müəllif qeyd edir ki, təhlükəsizlik və gələcək iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətli olan 4 və 9-cu maddələr də daxil olmaqla, noyabr üçtərəfli bəyanatının bütün bəndlərinin icrasında hələ də problemlər və çətinliklər mövcuddur.

Xatırlatmaq lazımdır ki, üçtərəfli bəyanatın 9-cu maddəsi Azərbaycanla onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələri daxil olmaqla, bölgədəki bütün kommunikasiyaların açılmasını nəzərdə tutur. Bunu nəzərə alaraq Zəngəzurun əhəmiyyətini vurğulamaq lazımdır. Ermənistan-İran sərhədini qoruyan Rusiya sərhədçiləri razılaşma əsasında Azərbaycanın qərb bölgələri ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verməlidirlər.

Bütün yolların bərpası və Zəngəzur dəhlizinin yaradılması Ermənistana əhəmiyyətli üstünlüklər verir. Stivens qeyd edir ki, bölgədə nəqliyyat əlaqələrinin bərpası Yerevanın əsas iqtisadi problemlərindən birini - Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin bazarları ilə quru əlaqəsinin olmaması məsələsini də həll edəcək.

Ermənistan İranla iqtisadi əlaqələrini də inkişaf etdirə bilər. Uzunmüddətli münaqişə zamanı Ermənistan ölkəni Azərbaycan vasitəsilə İranla birləşdirən dəmiryoluna çıxışını itirdi. Ona görə də bu dəmir yolunun bərpası Yerevanla Tehran arasında ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək.

Müsbət dinamikaya baxmayaraq, 2020-ci ilin noyabr bəyanatının bütün bəndlərinin həyata keçirilməsində hələ də problemlər var. Noyabr bəyanatının 4-cü maddəsi bütün erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq Rusiya sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutur. Lakin müəllifin qeyd etdiyi kimi, bu bəndin həyata keçirilmədiyinə dair məlumatlar daxil olur. Laçın dəhlizi ilə erməni silahlı qüvvələrinin Qarabağ bölgəsinə göndərilməsinin davam edilməsi Azərbaycanın ciddi narahatçılığına səbəb olur ki, bu da bölgədə artan gərginliyə gətirə bilər.

Sonda politoloq yazır ki, bugünkü reallıq belədir: qanlı müharibə bitdi və Cənubi Qafqazda iqtisadi imkanlar yarandı. Azərbaycan üçün münaqişə keçmişdə qaldı və indiki Qarabağ iqtisadi rayonunun gələcək alternativ statusu ilə bağlı aparılan istənilən danışıqlar qətiyyən qəbuledilməzdir. Əksinə, Ermənistan "öz müqəddəratını təyinetmə" əsasında Qarabağın gələcək statusu ilə bağlı israr etməkdə davam edir və bu, təkcə Cənubi Qafqazda deyil, həm də dünyamızın bir çox yerində sabitliyi və sülhü təmin edən beynəlxalq hüququn əsas prinsipləri olan ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət olmadıqda tərəflər arasında gərginliyin davam edəcəyini göstərir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM