22 Aprel 2014 12:04
534
Elm və texnika
A- A+

Ətraf mühitin mühafizəsi həm də gələcəyin qarantıdır

 

Bu gün əksər ölkələrdə, o cümlədən Azərbaycanda Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd olunur. İlk dəfə bu gün 1882-ci il aprelin 22-də rəsmi şəkildə qeyd edilib. 2009-cu il aprelin 22-də BMT 63-cü sessiyasında Beynəlxalq Yer Kürəsi Gününün həm də "Ana Torpaq Günü" kimi qeyd edilməsi tövsiyə edilmişdi. Məqsəd ətraf mühitin qorunması, flora və faunanın zənginləşdirilməsi, ekoloji problemlərin həll olunması üçün cəmiyyətin bütün təbəqələrini maarifləndirmək, hər kəsi bu işdə fəallığa istiqamətləndirmək idi.

1972-ci il iyunun 5-də BMT-nin "Ətraf mühitin mühafizəsi problemlərinə dair" Stokholmda keçirdiyi konfransda "Ətraf mühit haqqında Proqramı", 6 il sonra isə təbiətin mühafizəsinin ümumdünya strategiyası qəbul edildi. Hər bir dövlətin ətraf mühitin mühafizəsi istiqamətində üzərinə düşən ekoloji öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ayrı-ayrı proqramlar təsbit olundu.

Belə zəruri tədbirlər görülməsi, həyəcan təbili çalınması heç də təsadüfi deyil.  Meşələrin qırılması, çirkab tullantıların axar sulara və dənizlərə axıdılması, havanın  və torpaqların həddən artıq çirklənməsi  hələ də davam edir. Eyni zamanda sənayenin sürətli inkişafı, urbanizasiyanın artması və əhalinin çoxalması, təbii resursların, torpaqların aramsız istismarı çox böyük problemlər yaradıb.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, XVIII əsrdən müasir dövrə qədər Yer kürəsində olan meşə örtükləri iki dəfədən artıq azalmışdır. Ölkəmizə  gəldikdə isə Ermənistanın təcavüzü nəticəsində işğal altında qalan torpaqlarımızda ekoloji terror  vəhşicəsinə davam etdirilir. Həmin ərazilərdə  246 min hektar meşə sahəsi, 460 növdən çox yabanı ağac və kol bitkiləri, 70-ə yaxın endemik növ ağac və bitkiləri 20 ildir məhv edilir. Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət Yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın Rayon Dövlət Təbiət Yasaqlığı, Qubadlı Rayon Dövlət Təbiət Yasaqlığı və Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin vəhşicəsinə talan edilməsi buna sübutdur.

Azərbaycan dövləti ekoloji problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirir. Müstəqillik bərpa ediləndən sonra bununla bağlı bir sıra qanun və  qərarlar qəbul edildi. Ekoloji mühitin qorunması, bərpası istiqamətində yeni mərhələ başladı. Qoruqlar, yasaqlıqlar yaradıldı. Yeni meşə zolaqları salınmağa başladı. Hazırda ümumilikdə respublika ərazisinin 8 faizindən çoxunu xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir.

"Ətraf muhitin muhafizəsi haqqında", "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" qanunların qəbulu, ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, tədris müəssisələrində ekoloji təhsilə daha geniş yer ayrılması və bu sahə üzrə kadrların hazırlanması böyük əhəmiyyət kəsb etdi. Orta və ali təhsil ocaqlarında, hətta məktəbəqədər tədris müəssisələrində ətraf mühitin mühafizəsinə dair təbliğat və tədris proqramları genişləndirildi. Artıq şagirdlərlə, tələbələrlə təşkil olunan görüşlər və təcrübəli ekoloqların apardığı təbliğat işləri öz effektini verməkdədir. Ali məktəblərdə yaradılan Ekologiya klubunun yaranmasından qısa vaxt keçməsinə baxmayarq bu gün 1000-dən artıq tələbə bu kluba könüllü üzv olub və onların sayı artır.

Bəli, ətraf aləmi qorumaqla özümüzü, gələcəyimizi müdafiə edirik. Ona görə hər bir vətəndaş daima onun keşiyində durmalıdır. Bu, həm bizim, bəm də gələcək nəslin sağlamlığı deməkdir.

 

Elnur HADIYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video