23:39 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ƏSGƏRLƏR ATASI
ANA SƏHİFƏ / SİYASƏT
00:58 18.09.2018


Əsgər Heydər İlham oğlu, - "Vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəmdeyərək - ulu öndər HEYDƏR ƏLİYEVin qurucusu olduğu Silahlı Qüvvələrdə hərbi xidmətə başladı


İlham Əliyev sadə və təvazökar həyat tərzi, həmçinin siyasətçilərin, elə əksər prezidentlərin istifadə etdikləri üsullardan - kütləyə ünvanlanan, onun hislərini manipulyasiya edən davranışlardan daim uzaq durmasıyla hər zaman fərqlənib...

Bu, liderimizin xarakterik xüsusiyyətlərindəndir və bunu bilməyən də yoxdur...

Amma ötən həftə sonu baş verən daha bir xoş məqamla İlham Əliyev hər kəsi yenidən təəccübləndirdi...

Oğlu - müstəqil dövlətimizin qurucusunun şərəfli adını yaşadan Heydər Əliyev sən demə, xeyli müddət imiş hərbi xidmətə başlayıbmış...

Və yalnız iki gün öncə ictimaiyyət andiçmə mərasimi ilə bu hadisədən xəbər tutdu.

Bəli, Azərbaycanın dövlət başçısı övladının əsgərlik dövrünü siyasi şouya çevirməkdən çox-çox uzaqdır, o, bunu oğlunun və ailəsinin vətən, dövlət, xalq qarşısından borcu kimi qəbul edir!

Burda ödənən bir borc da var...

Heydərin Heydər Əliyev qarşısında - onun adı, irsi, yolu qarşısında vəfa borcu...

Elə bu mənzərədən ən çox sevinən, rahatlıq tapanlar sırasında yəqin ki, ulu öndərin əbədiyaşar ruhu da var idi...

***

Tarixdə qanlı savaşlardan keçərək dövləti quran, sonra da bu dövləti onilliklərlə, əsrlərlə yaşadan, təhlükələrdən sovuşduran, onun qüdrətini təmin edən ailə şəcərələri yetərincədir...

Bu şəcərələr həmin xalqların və dövlətlərin, - istər Avropa, istər Amerika, istərsə də Asiya bölgəsi olsun, - iftixar mənbəyi olur, tarixlərinin şərəf səhifəsinin müəlliflərinə çevrilirlər...

Bu şanlı silsiləyə Azərbaycan adını da həkk etdirən, talelərini millətin və dövlətin taleyinə çevirən Əliyevlər də var...

Heydər Əliyev əgər dağılan, parçalanan dövlətinə Qurtuluş, xalqına isə yüksəliş bəxş etmişdisə, İlham Əliyev də tarixin ən qüdrətli Azərbaycanını yaratdı...

Babasının, atasının qurduğu, yaşatdığı dövlətə xidmət missiyasına Heydər də bu gənc yaşından imza atır...

On minlərlə həmyaşıdı kimi, - buna tam hüquqi və mənəvi haqqı olsa da! - təhsilini davam etdirmədi, ən kiçik, amma ən şərəfli səviyyədən - əsgər ranqından Azərbaycana xidmət missiyasına başladı...

Əliyevlər bax, budur - amallarının, məramlarının, niyyətlərinin müqəddəsliyi, saflığı ilə...

Daim vətənin keşiyindədirlər, istər siyasət meydanı olsun, istər hərbi kazarma...

İstər komandan olsunlar, istər əsgər...

***

Heydər general nəvəsi, baş komandan oğlu olsa da, sərkərdələr ocağından çıxsa da, on minlərlə əsgərdən biri kimi, sıradan vətəndaş tək hərbi xidmətə başlayır və tam bir il ərzində heç kəsdən fərqlənmədən əsgərliyini çəkəcəkdir.

Elə hərbi xidmətin ilk günündə bu, əyani nümayiş edildi. Prezident ailəsi digər əsgərlərin valideynləri ilə bərabər əyləşdi, onlarla birgə övladlarının hərbi and içmələrini və sıra keçidlərini heç bir müstəsnalıq ifadə etməyən təvazökar davranışları ilə izlədilər...

Digər valideynlər kimi Əliyevlər də qürurlu, həm də kövrək idilər...

Analar göz yaşlarını gizlədə bilmirlər, bu dəfə də həssas idilər...

Atalar hisslərinə nə qədər güc gəlsələr də, onların da fəxr qarışıq kövrəkliklərini sezməmək mümkün deyildi...

Zatən komandanlıq etdiyi müzəffər ordusunun hər paradında İlham Əliyevin bu halını görürük: duyduğu iftixardan vüqarı yüksəlir, qürurlanır.

Şübhəsiz, bu dəfə də onu riqqətə gətirən tək bir əsgər deyildi...

Vətənə sədaqətlə, şərəflə xidmət edəcəyinə and içən onlarla gəncin mübariz, mətin duruşları, şux yerişləri, özlərinə, dövlətlərinə, komandanlarına inamları idi..

***

Millət atası fərd atası olmur!..

Əsl Komandanın da ordusunda ön cərgədə məhz övladı yürüyür...

İlham Heydər oğlu kimi...

Heydər İlham oğlu kimi...

***

O, əsgər atasıdır...

Amma yalnız əsgər Heydərin atası deyil...

On minlərlə əsgərin - heydərlərin, məmmədlərin, əlilərin, cəfərlərin... atasıdır...

Həm də Komandanıdır...

O, Qarabağ boyu uzanıb qəlb göynərtimizə çevrilən, vətənin yaralı torpaqları ilə bizi ayıran səngərləri qarış-qarış dolaşır...

Ən ucqar, ən yüksək, ən təhlükəli, ən çox atəş hədəfində olan ön xətlərdə Komandan kimi hərbi raport dinləyir, ardından da ata kimi bu əsgərləri qucaqlayır, bağrına basır, bir süfrəyə oturur, eyni xörəkdən yeyir...

O, 16 ildir əsgər atasıdır, əsgərlər atasıdır!

İnanırıq ki, Heydər Əliyevin min bir fədakarlıqla qurduğu müzəffər ordunun əsgəri olan Heydərin, digər silahdaşları ilə bərabər Ali Baş Komandan İlham Əliyevə Ağdamda, Şuşada, Xankəndində tezliklə qələbə raportu verəcəyi gün də uzaqda deyil...

Ali Baş Komandanı yüksəldən məqamlardan biri də hər bir əsgərə öz övladı kimi baxmasıdır.

Tanrı bütün əsgər balalarımızı qorusun, onlara zəfər bayrağı daşımağı nəsib etsin!


İxtiyar HÜSEYNLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM