19 Aprel 2021 17:49
776
DÜNYA
A- A+

Ermənistanın İsraildəki səfirinə qarşı cinayət işi başlanıb  

 Ermənistanın İsraildəki səfiri Armen Smbatyana qarşı ittiham irəli sürülüb və cinayət iş başlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, səfir A.Smbatyan keçmiş mədəniyyət və gənclər naziri ilə əlbir olaraq vəzifə səlahiyyətindən sui-istifadə, habelə çirkli pulların yuyulması kimi cinayətlərdə günahlandırılır.

Qeyd olunur ki, İsraildəki səfir, eyni zamanda, AOKS (Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Erməni Cəmiyyəti) qeyri-hökumət təşkilatının sədri olan A.Smbatyan keçmiş nazir və AOKS-un sədr müavini Hasmik Poqosyanla əlbir olaraq vətəndaş cəmiyyətinin mülkiyyətində olan, Yerevanın Abovyan 3 ünvanında yerləşən tarixi-mədəni əhəmiyyətli binanın qeyri-qanuni şəkildə qeydiyyata aldırıb. Daha sonra bina və onun yerləşdiyi ərazi 550 min dollar dəyərində rəsmi razılaşma ilə nazirin gəlininə məxsus ofşor şirkətə (Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş) satılıb.

Toplanmış dəlillərə əsasən, diplomat Smbatyan vəzifəsindən sui-istifadə və çirkli pulların yuyulması kimi cinayətlərdə ittiham olunur.

Onun barəsində qətimkan tədbiri olaraq 20 milyon dram (40 min dollar) girov qoyulması seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video