13 Avqust 2021 22:39
1078
SİYASƏT
A- A+

Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərin sənədləşdirilməsini aparan çəkiliş qrupu fəaliyyətini bərpa edib

 

Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı tarixi torpaqlarımızda törətdiyi ağlasığmaz vəhşiliklərin, ölçüyəgəlməz dağıntıların sənədləşdirilməsi ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) əməkdaşlarının da daxil olduğu çəkiliş qrupu fəaliyyətini bərpa edib.

AZƏRTAC xəbər verir ki, çəkiliş qrupu fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən təşkil edilən təlimlərə cəlb olunublar.

Təlimlərdə qrup üzvlərinə işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı müvafiq təlimatlar verilib. Onlar mina və partlamamış hərbi sursat, tələ-mina, təhlükəli ərazilərdə davranış qaydaları, həmçinin minalanmış ərazilər və digər mövzular barədə məlumatlandırılıblar.

Xatırladaq ki, bir ilə yaxındır işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən çəkiliş qrupu iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun həlak olmaları ilə nəticələnən mina partlayışından sonra fəaliyyətini müvəqqəti dayandırmışdı.

Qeyd edək ki, xüsusi çəkiliş qrupu gərgin iş rejimində şəhərbəşəhər, kəndbəkənd gəzərək düşmənin bütün tarixi torpaqlarımızda törətdiyi vandalizm aktlarını bir-bir qeydə alır, foto və videoçəkilişlər apararaq dağıntıları sənədləşdirir, o cümlədən vəhşicəsinə məhv edilmiş tarixi, dini və mədəni abidələrin, yerlə-yeksan olunmuş evlərin, ictimai binaların, sosial infrastruktur obyektlərinin dağıntılarını lentə alır və qeydiyyatını aparır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video