06:42 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistandan yeni köç dalğası başlayıb

ANA SƏHİFƏ / SİYASƏT
00:49 18.04.2021

 

Ermənistanda davam edən siyasi böhran, ağır sosial-iqtisadi vəziyyət fonunda bu ölkədə demoqrafik problemin kəskinləşməsi müşahidə edilir. Elə “Qraparak” qəzeti də bu fonda yazır ki, Ermənistanın “Zvartnos” və “Şirak” hava limanlarından uçan təyyarələrlə təkcə bu ilin mart ayında 74 min 197 nəfər ölkəni tərk edib.

Qəzet Ermənistanın Statistika Komitəsinə istinadən bildirib ki, mart ayında Ermənistanın 42 283 vətəndaşı ölkəyə daxil olub. “Qraparak” mart ayında ölkəyə gələn və gedənlər arasında fərqə diqqəti çəkərək 31 min 914 nəfərin Ermənistanı tərk etdiyini vurğulayıb. Qəzet narahatlıqla sual edir ki, Ermənistan və Qarabağdan ermənilər köç edərsə, onların yerini kim tutacaq? Ölkədən köç edənlər yenə əsas etibarilə Rusiyaya üz tutur. Ermənistanda real vəziyyət bu ölkədən Rusiyaya yeni emiqrasiya fonunda demoqrafik problemin daha da kəskinləşəcəyini göstərir.

Bu ölkədə əhalinin sayı rəsmi rəqəmlərdə 3 milyona yaxın göstərilsə də, reallıqda 1,5 milyona belə çatmır. Qalan əhalinin də böyük əksəriyyətinin ölkəni tərk etməyə hazırlaşması demoqrafik baxımdan Ermənistanı yeni fəlakətə sürükləyir.  Hazırda Ermənistanı tərk edənlərin mütləq əksəriyyəti əmək qabiliyyətli kişilər, nəsilartırma yaşına çatan gənclərdir. Ümumiyyətlə, ölkəni tərk edən kişilərin 80 faizi reproduktiv yaşdadır. Bu da ölkədə demoqrafik durumu pisləşdirən əsas səbəblər sırasında yer alır.

44 günlük müharibə zamanı da xeyli sayda gəncin qurban verilməsi vəziyyəti bir qədər də pisləşdirib. Statistik məlumatlardan belə aydın olur ki, Ermənistan əhalisinin 46,5 faizini kişilər,  53,5 faizini qadınlar təşkil edir. Cins quruluşu arasındakı fərq getdikcə artır və  bu da demoqrafik problemi daha kəskin hala gətirir. Belə disbalansın əsas səbəblərindən biri məhz miqrasiyadır.

Miqrasiya axını artıq təbii artımı üstələyib. Xatırladaq ki, sovet dövründə Ermənistanda ildə 75-80 min uşaq dünyaya gəlirdisə, indi bu göstərici 30 mindən də aşağı düşüb və yeni miqrasiya dalğası fonunda daha da azalacaq. Bu şəraitdə əhalinin demoqrafik qocalması daha sürətli xarakter alacaq.

Hazırda Ermənistanda demoqrafik qocalma əmsalı 13 faizdir. Bu da dünyada ən yüksək rəqəmlərdən biri hesab edilir.  BMT-nin Əhali Fondunun proqnozlarına görə, 2050-ci ildə Ermənistan əhalisinin hər 5 nəfərindən biri 65 yaşdan yuxarı, 3 nəfərindən biri isə 63 yaşdan yuxarı əhali təşkil edəcək ki, bu da ümumi əhalinin

22 faizi deməkdir. Lakin miqrasiya axınının davamlı proses olması və əsasən gənc nəslin ölkəni tərk etməsi fonunda qeyd edilən rəqəmlərin daha yüksək hədlə ifadə olunması proqnozlaşdırılır. Bu da Ermənistanın dövlət olaraq varlığını davam etdirməsini, təhlükəsizliyini ciddi sual altına alır.

“Qraparak” qəzeti yazır ki, ölkədə siyasi qüvvələr bu məsələni həll etmək əvəzinə biri-biri ilə didişir. Qeyd edilir ki, əvvəldən də gözlənildiyi kimi, Ermənistanda yaxınlaşan növbədənkənar parlament seçkiləri fonunda Nikol Paşinyan iqtidarı siyasi rəqiblərini daha çox inzibati metodlarla sıradan çıxarmağa cəhd edir. Bu, xüsusən də Paşinyan iqtidarı üçün digərləri ilə müqayisədə daha böyük təhdid hesab edilən keçmiş hərbi xuntaya aiddir. Qəzet yazır ki,  Sarkisyan-Koçaryan koalisiyasına qarşı artıq inzibati metodlar işə salınıb. Belə ki, Ermənistanın baş prokurorluğu S.Sarkisyanın dövlət sirlərini açması iddiaları ilə bağlı ona qarşı cinayət işinin qaldırılması məqsədilə hərbi polisə müraciət edib.

Ermənistanın daha bir keçmiş prezidentinin də cinayət təqibi davam edir.  Söhbət Robert Koçaryandan gedir. Erməni  prokuror Petros Petrosyan bildirir ki, Koçaryan və başqa müttəhimlərə qarşı yeni ittiham irəli sürüləcək.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM