12:08 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistan XİN-in isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir
ANA SƏHİFƏ / SİYASƏT
22:13 13.04.2021

 

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan Xarici İşlər Nazirliyinin Bakıda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı bəyanatını şərh edib.

AZƏRTAC xəbər verir ki, şərhdə deyilir:

“Paytaxt Bakı şəhərində Hərbi Qənimətlər Parkının açılışı və burada 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan XİN-in isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir.

Azərbaycan 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilərini beynəlxalq hüququn ona verdiyi haqla azad edib, Vətən müharibəsi nəticəsində, Azərbaycan oğullarının qanı və canı bahasına ərazi bütövlüyünü təmin edib. Əlbəttə, dünya təcrübəsində də geniş şəkildə qəbul olunduğu kimi, bu şanlı Zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır. Parkda müharibə iştirakçısı olan erməni hərbçilərinin manikenlərinin sərgilənməsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi mövcuddur. Bu Parkın və burada sərgilənən kompozisiyaların verdiyi ismarış birmənalıdır: dövlətə qarşı həyata keçirilən təcavüz siyasəti və qanunsuz işğal üzərində çalınan böyük Qələbə beynəlxalq hüququn təntənəsidir.

Ermənistan XİN-in talançılıq və insana nifrət iddialarına gəldikdə isə, azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən dövlət səviyyəsində törədilən məqsədyönlü dağıntı və talan siyasətinin nəticələri bu gün bütün dünyanın gözləri qarşısındadır. Tarixi, mədəni, dini irsimizi yerlə-yeksan edən, təbii ehtiyatlarımızı talan edən, bir milyon insanın fundamental hüququnu pozaraq 30 il ərzində mülkiyyətini mənimsəyən bir ölkənin talançılıqdan danışması heç bir çərçivəyə sığmır. Faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, Birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa heç bir haqqı yoxdur.

Ermənistan tərəfinin hər fürsətdə dilə gətirdiyi “hərbi əsirlər” mövzusu ilə bağlı, bir daha Ermənistan XİN-ə yalan və iftira dolu ritorikadan çəkinməyi məsləhət görürük. Ermənistan hökumətinin də imza atdığı üçtərəfli bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvləri “hərbi əsir” hesab oluna bilməz, bunu dəfələrlə bəyan etmişik. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir, 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatın icrası ilə bağlı bütün tədbirləri həyata keçirir, o cümlədən erməni hərbi əsirləri qısa müddət ərzində Ermənistan tərəfinə qaytarıb.

Ermənistanın isə üçtərəfli razılığa zidd olaraq, pozucu fəaliyyəti ilə bağlı üzrxahlıq bildirmək əvəzinə, əsassız iddialarla çıxış etməsi, Azərbaycana qarşı yalan və iftira dolu kampaniya aparması bu ölkənin hələ də düşmənçilik mövqeyindən çıxış etdiyini, beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılmasına hazır olmadığını və beləliklə də yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmadığını nümayiş etdirir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM