20:08 19 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistan ordusunun hərbçiləri arasında spirtli içkilərə aludəçilik səbəbindən baş verən cinayətlərin sayı artıb
ANA SƏHİFƏ / DÜNYA
00:00 29.07.2021

 

Son vaxtlar Ermənistan ordusunun şəxsi heyəti arasında geniş yayılan spirtli içkilərə aludəçilik səbəbindən baş verən cinayətlərin sayı artıb.

AZƏRTAC bu ölkə KİV-lərinə istinadla xəbər verir ki, yerli mətbuatda bu günlərdə Ararat şəhərində sərxoş vəziyyətdə nalayiq hərəkətlərə yol verən daha bir hərbçinin həbs edilərək yerli polis bölməsinə aparıldığına dair məlumatlar yer alıb.

Şəhərdəki kafelərdən birində yüksək dozada spirtli içki qəbul edən Mariam Petrosyan kafenin əməkdaşları ilə mübahisə edib. Kafedən qovulduqdan sonra şəhər sakinlərinə qarşı nalayiq hərəkətlər edən M.Petrosyan polis tərəfindən saxlanılıb.

Bölmədə yoxlama zamanı sərxoş şəxsin hərbçi olduğu müəyyənləşdirildikdən sonra o, hərbi polisə təhvil verilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM