15 Iyun 2021 13:18
890
SİYASƏT
A- A+

Ermənistan hökuməti beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməlidir  

Braziliyanın Federal Ştatı və Ətraf Bölgələrin İcma Rabitə Vasitələri və Elektron Mediaları Birliyinin (ASVECOM) Prezidenti Evaldo Brito jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun ölümü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Federal Ştat və Ətraf Bölgələrin İcma Rabitə Vasitələri və Elektron Kütlələri Birliyi - ASVECOM, beynəlxalq qanunvericilik və o cümlədən 1949-cu ildən Cenevrə konvensiyasını kobud şəkildə pozan, 4 iyun 2021-ci Azərbaycan ərazilərinin Kəlbəcər bölgəsindəki Susuzluq yolunda, qonşu ölkə - Ermənistan tərəfindən qurulmuş tank əleyhinə mina partlayışının qurbanları jurnalistlər “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin aparıcı müxbiri Məhərrəm İbrahimova qarşı törədilən zorakılığı açıq şəkildə qınayır. Bu peşəkarların ölümü mətbuat və söz azadlığına açıq bir hücumdur. ASVECOM, onların ailə üzvlərinə, dostlarına, iş yoldaşlarına və bütün Azərbaycan xalqına bu ağrılı, həyəcanlı və kədərli anda dərin hüznünü bildirir və rəğbət bəsləyir. Jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun ölümü vəziyyətin ciddiliyini vurğulayır və təcili tədbirlər tələb edir. Beynəlxalq mətbuat peşəkarlarını təmsil edən qurumlar yalnız Azərbaycan Respublikasında yox, bütün dünyada məlumat və əlaqələndirmə işlərini sual altına qoyan, qorxu yeridən bütün bu kimi zorakılığın sona gətirilməsinə öz töhfələrini verməlidirlər.

Federal Ştat və Ətraf Bölgələrin İcma Rabitə Vasitələri və Elektron Kütlələri Birliyi - ASVECOM, Ermənistan hökumətindən beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsini, tank əleyhinə minaların çıxarılması və ya bu əşyaların yerləşdiyi xəritələrin təqdim etməklə onların ləğv edilməsini xahiş edir və bununla da, mətbuat işçiləri daxil olmaqla, mülki əhalinin öz vacib funksiyalarını həyata keçirmələrində həyatlarına yarana biləcək risklərə son qoyulsun”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video