06:20 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənilərin revanş cəhdi ağılsızlıqdır

ANA SƏHİFƏ / SİYASƏT
00:45 18.04.2021

 

Belə niyyət olarsa, qarşısı sərt şəkildə alınacaq

 

İndi Cənubi Qafqaza baxış dəyişib və regionda sabitliyin, inkişafın və əməkdalığın təmin edilməsinə Azərbaycan başda olmaqla ciddi səylər göstərilir. Bu fikirlər ADA Universitetində keçirilən Cənubi Qafqaza yeni baxış: “münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda dönə-dönə səsləndirilmiş və Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilmişdir.           

Cənubi Qafqaz uzun illər dünyanın ən həssas nöqtələrindən biri olmuş və əsrlərlə ermənilərin regionda törətdikləri təxribatlar, müharibələr heç zaman tarixin yaddaşından silinə bilməz. Ancaq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük uzaqgörənliyi, düşünülmüş siyasəti, ordumuzun və xalqımızın birliyi, qəhrəmanlığı sayəsində 44 günlük müharibə dövründə qazanılan parlaq qələbə erməni mifini tamamilə məhv etdi, Ermənistanı hərbi, siyasi, iqtisadi baxımdan çökdürdü və regionda yeni reallıqlar yaratdı.

Hazırkı dövrdə bu reallıqları Azərbaycan və eləcə də dünyada baş verən hadisələrə açıq gözlə baxan, haqqın - ədalətin tərəfində duran, insanlığı, bəşəriyyətin gələcəyini dərk edən insanlar, ölkələr düzgün qiymətləndirirlər. Onlar xalqımızın mübarizəsinə, torpaqlarımızın azğın düşməndən azad edilməsinə, tarixi ədalətin bərpa edilməsinə düzgün önəm verirlər. Axı 30 ildən çox düşmən tapdağı altında qalan torpaqlarımızı, məhv edilən şəhər və kəndlərimizi, dini-mədəni abidələrimizi,  yandırılan meşələrimizi, qurudulan çaylarımızı, göllərimizi düşməndən təmizləmək bizim haqqımız idi. Bu həm də Cənubi Qafqazdan erməni faşizmini uzaqlaşdırmaq, azad bir region yaratmaq deməkdir. Çünki Ermənistan nəinki Azərbaycana, eləcə də Gürcüstana qarşı torpaq iddiasındadır.

Azərbaycan Prezidenti Cənubi Qafqazda sülhün - əminamanlığın, əməkdaşlığın bərpa edilməsini rəhbərliyə gəldiyi ilk gündən bəyan etsə də, erməni faşistlərinin təcavüzkarlığı, çirkin niyyətləri, təxribatçı hərəkətləri buna imkan verməmişdir. Nəhayət ki, İkinci Qarabağ müharibəsi nəcib məqsədlərin həyata keçirilməsinə yol açdı və keçirilən bir çox tədbirlər bu istiqamətə yönəldilmişdir. ADA Universitetinin keçirdiyi konfrans da məhz bu məqsədə xidmət edir.

Ermənistan yenə də Cənubi Qafqazda sabitliyin, inkişafın və əməkdaşlığın tərəfdarı olduğunu əməldə göstərmir. Böhran içərisində sıxılan, çıxılmaz vəziyyətdə olan, qarşıdurmalar meydanına çevrilən ölkənin bir çox siyasətçiləri, vəzifə sahibləri yenə də müharibə həsrəti ilə alovlanır, silahlanmağa çağırışlar edir, illərlə işğal altında saxladıqları torpaqları yenidən geri qaytarmaq arzusundadırlar. Ancaq Azərbaycan Prezidenti, Ali Baş Komandan belələrinə qarşı sərt mövqedədir və bildirir: “Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq!”

Bu bir həqiqətdir, başqa çıxış yolu yoxdur. Sülhlə, danışıqlarla yola gəlməyən Ermənistanı “dəmir yumruq”la başa salmaq lazım gələcək. Reallıq bunu tələb edir.

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM