13 Iyun 2021 00:49
979
SİYASƏT
A- A+

Erməni xəyanəti

 

Ermənilərin xəyanətkar, qəddar, təcavüzkar, yaltaq, satqın olmaları barədə çox yazılıb. Bu xislət onların bugünkü əməllərində də özünü göstərir. Əyilmək, ağlamaq, sızlamaq, başqalarının kölgəsinə sığınıb çirkin məqsədlərini həyata keçirmək və əlini çörəyə çatdırana, dar günündə köməyinə çatana xəyanət etmək, torpağına, malına-dövlətinə şərik çıxmaq erməni xislətidir, bu millətin qanındadır.

Bu, tək azərbaycanlılara qarşı olsaydı, bir o qədər də təəccüblənməzdik. Erməni gücü çatan hər bir insanı məhv etməyə, torpağını zəbt etməyə, ən vəhşi hərəkətlərə yol verməyə hazırdır. Özlərini ən qədim tarixə və mədəniyyətə malik olan bir dövlət, ali xalq kimi təqdim edən erməni siyasətçiləri, tarixçiləri illüziyalara uyub tarixi saxtalaşdırmaqla, əslində, uzun illərdir ki, xalqını bəlalara salmışlar.

Ermənistan heç vaxt müstəqil dövlət olmayıb, ancaq həmişə beynəlxalq güclərin, bəzi böyük dövlətlərin əlində bir alətə, oyuncağa çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi faktlara, bu günün reallıqlarına, hadisələrin gedişatına əsaslanaraq Ermənistanın son 30 ildə dövlət qura bilməməsini, ancaq havadarlarına arxalanaraq, onların kölgəsinə sığınaraq yalnız təcavüzkarlıq siyasəti yeritdiklərini öz çıxışlarında, görüşlərində dəfələrlə qeyd edibdir. Mehriban qonşuluq şəraitində yaşamağın vacibliyini, Ermənistan üçün faydalılığını qeyd edən Prezidentimiz müharibədə qalib gəlməyimizə, düşmən üzərində tarixi qələbə qazanmağımıza, böyük hərbi və iqtisadi imkanlara malik olmağımıza baxmayaraq, yenə də erməni xalqını sülhə, əmin-amanlığa dəvət edir.    

Ancaq ermənilər tarixin dərslərindən ibrət götürmürlər. Ermənistan son 30 ildə dövlət qura bilmədiyini anlamadığı kimi, Azərbaycan dövlətinin də, xalqının da gücünü, qüdrətini anlamır. Halbuki o, heç vaxt işğal etdiyi torpaqlarda əbədi qala bilməyəcəyini, - gündən-günə qüdrətlənən, inkişaf edən, beynəlxalq aləmdə tanınan Azərbaycanın gec-tez öz ərazilərini azad edəcəyini dərk etməli, bilməli idi. O, başqalarının əlində olan müstəqilliyini geri qaytarmaq, bir dövlət kimi tanınmaq, irəliyə getmək üçün təcavüzdən əl çəkməli, faşist ideologiyasından uzaqlaşmalı, millətçiliyi dövlət siyasətinə çevirməməli, beynəlxalq normalara, qonşu dövlətlərə hörmətlə yanaşmağı bacarmalıydı.

Milli xarakter baxımından ziddiyyətli, həm də dövlətçilik düşüncələrindən uzaq olan və daim özlərinə imkanlı himayədarlar axtaran ermənilər onlara verilən imkanlardan düzgün istifadə etmədilər, təcavüzkar babalarının ənənələrini davam etdirməklə xəyanət, şantaj, qəddarlıq yolunu tutdular. Ona görə də böyük dövlətlərin əlində alət olan, gah Şimala, gah Qərbə, gah da Avropaya sığınan və onların düşüncələrinin, planlarının icraçısına çevrilən Ermənistanla uzun illər danışıqlar aparmaq, onlara həqiqəti anlatmaq, beynəlxalq normaları dərk etdirmək mümkün olmadı. 

Əzəli torpağı, dövləti, müstəqil siyasəti olmayan bir xalq keçmişi və aliliyi ilə fəxr edə bilməz. Əgər Ermənistan dövləti ötən əsrin iyirminci illərinin əvvəlində süni şəkildə Azərbaycan torpaqlarında İrəvan xanlığının ərazisində yaradılıbsa, o, necə tarixən ən qədim xalq hesab edilə bilər? Göründüyü kimi, xalqın özü kimi dövləti də quramadır, saxtadır, əldəqayırmadır.

44 günlük İkinci Qarabağ müharibəsi erməni dövlətinin əldəqayırma olduğunu, yalançı vətənpərvərliyini, uydurma ali dəyərlərə sahibliyini bir daha ortaya qoydu. “Erməni dövləti güclüdür, erməni xalqı qəhrəman xalqdır” deyərək dünyaya meydan oxuyanların gücü, qəhrəmanlığı sabun köpüyüdək bir andaca yox olub getdi. “Qəhrəman” xalqın oğulları kütləvi halda döyüş meydanını qoyub qaçdılar. “Qəhrəman” erməni zabitləri qaçmamaq üçün “igid” əsgərlərinin qollarını maşınlara, tirlərə qandalladılar.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, Müzəffər Ordumuz, xalqımız nəyə qadir olduqlarını bəşəriyyətə göstərdilər. Düşmən ordusu tamamilə məhv edildi, erməni əsgər və zabitləri Azərbaycan Ordusu qarşısında diz çökdülər, əyildilər.     

Gözləmək olardı ki, ermənilər bu acı məğlubiyyətdən dərs götürəcək, təcavüzkarlıq hərəkətlərindən, çirkin əməllərindən əl çəkərək, yeni reallıqları, dövrün, zamanın tələblərini anlayacaqlar. Ancaq yenə belə olmadı. Təslim aktına qol çəkəndən bir neçə gün sonra millətçi ermənilər, xaricdəki erməni lobbiləri yeni bir müharibə əhvali-ruhiyyəsi ilə bəyanatlar verməyə, revanş götürməyə hazırlıq görməklə əlaqədar çıxışlar etməyə başladılar. Diversiya qrupları yaratdılar, sərhəddə pozuculuq fəaliyyətinə başladılar, yenə də yalan, böhtan xarakterli məlumatlar yaymağa başladılar.

Azərbaycanın sərhədlərini müəyyənləşdirmək tələbi və tədbiri Ermənistan torpaqlarını zəbt etmək kimi qələmə verildi. Hətta Ermənistan rəhbərləri, siyasi dairələr, şovinistlərə, faşist ideologiyasını təbliğ edənlərə dəstək verənlər bunu erməni xalqına qarşı təcavüz kimi qiymətləndirirlər. Çox təəssüflər olsun ki, hazırda da bu əhvali-ruhiyyə hökm sürür. ABŞ və Fransa kimi böyük dövlətlər həqiqəti öyrənmədən, faktları dəqiqləşdirmədən, hadisələri təhlil etmədən ermənipərəst mövqedən çıxış edirlər. Qarabağı tanımayan, bu münaqişənin gedişindən xəbəri olmayan, mübarizənin məqsədini  bilməyən Lüksemburq, Kanada və bəzi ölkələr, onların parlamentləri beynəlxalq normalara, dövlətlərin ərazi bütövlüyünün tanınmasına dair sənədlərə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad etmədən, erməni təcavüzünün mahiyyətini anlamadan Azərbaycana qarşı  qərəzli mövqe tutur, saxta, əsassız sənədlər qəbul edirlər.

Onlar dərk etmirlər ki, erməni şovinizmi, erməni təcavüzkarlığı, erməni təbliğatı ancaq Azərbaycan xalqı üçün deyil, Cənubi Qafqaz, eləcə də bəşəriyyət üçün qorxulu bir bəladır. Çünki Ermənistan tək azərbaycanlılarla deyil, qonşu olduqları bütün xalqlarla, dövlətlərlə də düşmən mövqeyində, kəskin, ziddiyyətli münasibətdədir.

Ermənilər hər bir yerdə, hər bir beynəlxalq təşkilatda Türkiyəni düşmən adlandırır, bu ölkəyə qarşı son nəfəsə kimi düşmən mövqedə duracaqlarını bildirirlər. Halbuki bu gün Ermənistanda bir nəfər də olsun türk yaşamadığı halda Türkiyədə yüz minlərlə erməni yaşayır və onlar qardaş dövlətin sosial-iqtisadi və mədəni həyatından faydalanıblar.

Ermənistan dövləti qonşu Gürcüstana qarşı da ziddiyyətli münasibətdədir. Bu ölkənin müəyyən ərazilərinə iddialı olan və həmin torpaqları Gürcüstandan qoparmağa çalışan ermənilər bu gün də mənfur niyyətlərini gizlətmirlər, çirkin məqsədlərini həyata keçirmək üçün qıcıqlandırıcı bəyanatlar verir və gürcü xalqına məxsus olan torpaqların əksər hissəsinin onlara aid olduğunu utanmadan bildirir və bu torpaqların geri alınması üçün mübarizə aparacaqlarını  elan edirlər. Bu təcavüzkarlığın bir formasıdır və şübhəsiz ki, Gürcüstan dövləti bu münasibətlərdən heç vaxt razı qala bilməz.

Erməni xəyanəti və yalanı sərhəd tanımır və artıq bütün dünyaya bəllidir. Bu günün özündə belə çətin vəziyyətdə olmalarına baxmayaraq ermənilər onlara havadarlıq edənlərə, dövlət kimi tanıdanlara, qoruyanlara, yemləyənlərə xəyanət etməkdən, arxa çevirməkdən çəkinmirlər. Bu, Rusiyanın timsalında aydın görünür və tarixən erməni xalqını mühafizə edən Rusiya hazırda erməni riyakarlığı, dönüklüyü ilə üz-üzədir.

Bu gün demək olar ki, Ermənistan Rusiyadan da üz çevirib, bu, ona çörək verənə, dayaq durana, bəlalardan qurtarana xəyanət etməkdir. Ermənistanın hərbi-siyasi hakimiyyət dairələrinin 44 günlük İkinci Qarabağ müharibəsində və eləcə də sonrakı aylarda tutduğu mövqe deməyə əsas verir ki,  xəyanət, ayaqlar altına yıxılmaq, fitnəkarlıq erməni siyasətinin prioritetidir.

Son günlər Ermənistan yenə də ərazilərimizə diversiya qrupları göndərməyə səy göstərir, revanşa hazırlıqla bağlı çağırışlar səsləndirir, başqa dövlətlərdən kömək istəyir. Bu gün də rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədlərində təxribatçı fəaliyyətini davam etdirməkdədir və gərginliyi artırmaq üçün müxtəlif çirkin əməllərə əl atır.

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhədlərin müəyyənləşdirilməsi üçün Silahlı Qüvvələrimizin əvvəlki mövqelərinə çəkilməsini, daha sonra sərhəd zolaqlarına ATƏT-in və Fransanın sülhməramlılarının yerləşdirilməsini təklif edir.

Regionda aidiyyəti olmayan Qərb hərbi-siyasi qüvvələrinin - amerikalıların və fransızların cəlb edilməsinə göstərilən cəhdlər əlbəttə ki, Ermənistanın Rusiyaya etimadsızlığının, etibar etməməsinin ifadəsidir və əslində xəyanətdir.

Paşinyanın Fransanın Ermənistanın bir nömrəli müttəfiqi olduğunu bəyan etməsi, bu ölkəyə son səfəri və fransızların dediyi ilə oturub- durması, ABŞ-a pənah gətirməsi, ondan kömək umması Rusiyaya arxadan endirilən ağır zərbə, rus dövlətinə qarşı çox böyük hörmətsizlikdir. KTMT-də və Avrasiya iqtisadi ittifaqında yer alan və 30 il Rusiya tərəfindən dəstəklənən, mühafizə olunan Ermənistanın bu xəyanəti görünür ki, Kreml tərəfindən lazımi “qiymətini” alacaq.

Çünki ən ağır günlərdə Moskva İrəvana arxa-dayaq oldu, onun dünya xəritəsindən birdəfəlik silinməsinin qarşısını aldı, erməni xalqını ağır bəlalardan xilas etdi. İrəvan isə yenidən ona xəyanət edir, arxasını Rusiyaya çevirir, öz ənənəsinə sadiq qalaraq Parisin ayaqlarına yıxılır, köməyinə çatanı satır.

Azərbaycan-Rusiya-Ermənistan tərəfindən imzalanmış bəyanatın şərtlərinin pozulması, Ermənistanın təxribatçı əməlləri nəticəsində yaradılmış komissiyaların fəaliyyətinin dayandırılması, işğalçı dövlət tərəfindən əsası olmayan bəzi “şərtlərin” irəli sürülməsi, İrəvan tərəfindən sərhədyanı ərazilərin öz ərazisi kimi təqdim olunması üçtərəfli müqavilənin tələblərinin pozulması və başlıcası, Rusiyanın bu proseslərdən kənarlaşdırılmasına, onun sülhsevər təşəbbüslərinin heçə endirilməsinə göstərilən cəhdlərdir.

Ermənistan tarixən havadarlarına arxalanıb, onların küyünə gedib qanla oynamışdır, Cənubi Qafqaz xalqlarını ağır bəlalara düçar etmişdir. Ancaq Azərbaycan dövləti artıq təcavüzkarı cilovlamış, onun dərsini vermiş, faşistlərə haqqın-ədalətin yerini göstərmişdir. Ermənistan ağır vəziyyətə düşmüşdür. Ancaq buna baxmayaraq, təcavüzkar ölkə yenə də öz məkrli, çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərməkdə, xəyanət yolu ilə dövlətləri üz-üzə qoymaqdadır. Sözsüz ki, edilən bu cəhdlər əbəsdir və xəyanətkar heç vaxt məqsədlərinə nail olmayacaqdır.

Çünki qarşısında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuz, qəhrəman xalqımız var. Azərbaycan dövləti Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantıdır və göstərilən səylər regionda əmin-amanlığın bərqərar olmasına şübhəsiz öz töhfələrini verəcəkdir. Bundan sonra erməni xəyanəti ayaq tutub yeriyə bilməz və o, ölümə məhkumdur.

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video