18:11 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Erməni terroru : Xocalı faciəsi
 
ANA SƏHİFƏ / SİYASƏT
17:47 25.02.2021

 

Bu il Xocalı soyqırımının 29-cu ildönümüdür. Bu il biz bu faciəli tarixi bir başqa əhval-ruhiyyədə keçiririk. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən Müharibəsində Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər ərazilərimizdə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi.

Bu fikirlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın “Erməni terroru : Xocalı faciəsi” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin ən faciəli səhifəsidir. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Lakin sonra araşdırmalar zamanı məlum oldu ki, həlak olan uşaqların sayı 76-dır.

Xocalı soyqırımını törədən erməni vandalları beynəlxalq hüquqi aktları BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini, eləcə də digər beynəlxalq norma və prinsipləri kobud surətdə pozmuşdur. Baxmayaraq ki, Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində 17 ölkənin parlamenti və ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişdir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanımışdır. Lakin bununla yanaşı hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik. Qeyd etmək istərdim ki, Milli Məclisin rəhbərliyinin dəstəyi ilə bütün parlamentlərarası dostluq qruplarına, o cümlədən, Azərbaycan – İsveçrə parlamentlərarası Dostluq qrupunun adından Xocalı soyqırımı, ermənilərin Qarabağda etnik təmizləmə siyasəti haqqında İsveçrə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinə müraciət unvanlamışdır. Təcrübə göstərir ki, vahid informasiya sistemini qurulması və davamlı şəkildə təbliğ-təşviqat layihələrinin keçirilməsi çox müsbət nəticə verir. 2020-ci ilin iyul ayında erməni hərbi təxribatı, eləcə də Vətən Müharibəsi zamanı həm cənab Prezidentin xalqa müraciət və müxtəlif aparıcı ölkələrin medialarına verdiyi müsahibələr, Azərbaycanın uğurlu hərbi əməliyyatları, diplomatik fəaliyyəti, həm də Ermənistan tərəfindən tərəfində dinc əhaliyə qarşı terror aktlarının törədilməsi ilə bağlı müxtəlif informasiya mənbələrində, sosial mediada, virtual informasiya məkanında aparılan informasiya mübarizəsi buna əyani sübutdur. Lakin, əlbəttə ki, bu işlərin daha da gücləndirilməsinə ehtiyac var və bizim informasiya müharibəsində uduzmağa haqqımız yoxdur.

Eyni zamanda, müxtəlif ölkələrdə, Avropa, Amerikada yaşayan azərbaycanlıların fəaliyyətini də qeyd etmək lazımdır. Orada yaşayan, təhsil almağa, işləməyə gedən azərbaycanlılar könüllü şəkildə, vətənpərvərlik hissi ilə Azərbaycanla bağlı əsl həqiqətləri çatdırır, bunla bağlı layihələr həyata keçirirlər. Biz bu insanlara sıx təmas saxlamalıyıq. Bizi müdafiə edən, haqlı olduğumuzu dəstəkləyən xarici alimlərlə, diplomatlarla, etnoqraflarla əməkdaşlığı daha da gücləndirməliyik. Müvafiq qurumlar çalışmalıdır ki, həqiqətən Vətənini sevən, onun inkişafına çalışan, haqlı mübarizəsinə dəstək verən diaspora nümayəndələri, ayrı-ayrı ölkələrin bələdiyyə, parlament, hökumət səviyyəsində təmsil olunsunlar, Azərbaycanı təbliğ etməkdə daha çox töhfə versinlər. Baxmayaraq ki, bu sahədə proses gedir, lakin istənilən nəticən hələ ki, əldə olunmayıb.

Ümumiyyətlə, bizim hər birimiz öz səlahiyyətlərimiz daxilində Beynəlxalq təşkilatlara və dünya ölkələrinə beynəlxaq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının Qətnamələrinə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin acı və dağıdıcı nəticələri haqqında təbliğat işlərini daha da gücləndirməliyik. Və bu, hadisədən- hadisəyə deyil, davamlı və ardıcıl şəkildə aparılmalıdır.

Davamlı olaraq sülh prosesinə maneə yaradan, eyni zamanda, yeni ərazilər işğal etmək istəyində olduğunu açıq şəkildə bəyan edən Ermənistan ötən bu illər ərzində, həmçinin Vətən müharibəsi zamanı mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmuşdur. Nəticədə onlarla insan, o cümlədən, uşaq və qadın həlak olmuş, yüzlərlə insan isə yaralanmışdır. Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək, uzun müddət davam edən işğala son qoymaq məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad edilmişdir. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, yüz minlərlə insana öz dədə-baba torpaqlarına qayıtmaq və öz əsas hüquqlarını bərpa etmək imkanı yaradılmışdır. Ölkə başçısı işğaldan azad olunan torpaqlara hər səfərində deyir ki, “biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz”.

Ermənistanın təcavüzkar siyasəti bundan sonra da iflas edəcəkdir. Çünki artıq həm bölgədə, həm dünyada yeni reallıqlar yaranmışdır. Burada güclü və diktə edən tərəf geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti, siyasi nüfuzu, dünya azərbaycanlılarının gündən – günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü və müasir Azərbaycan ordusudur. 44 günlük Vətən müharibəsində bunun şahidi olduq. Bu gün biz öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa edirik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq, tezliklə bu yerlər həyat qayıdacaq. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən mühüm səhifələridir, qan yaddaşımızdır. Həm gələcək nəsil üçün, həm də dünya ictimaiyyəti üçün işğaldan azad olunan torpaqlarımızda, erməni faşizminin, ermənin terrorunun nümunələrini əks etdirən açıq muzeylər, abidələr, Xocalıda soyqırımı hadisəsini ifadə edən xüsusi bir memorial abidə-kompleks yaradılmalıdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM