22 Oktyabr 2021 16:51
1260
SİYASƏT
A- A+

Erməni lobbisinin üzvləri fransız vergi ödəyicilərinin pullarını diaspor fəaliyyətinə necə sərf edir?

 

Fransadakı erməni diasporunun üzvlərinin iç üzü aşkara çıxır. Onlar artıq fransız vergi ödəyicilərinin pullarını öz məqsədləri üçün necə istifadə etdiklərini gizlədə bilmirlər. Erməni diasporu öz məqsədlərinə nail olmaq üçün hazırda dövlət əmlakını mənimsəmə ittihamı ilə məhkəmə qarşısında olan Fransua Pupponi kimi çox cılız, şübhəli yerli siyasi şəxslərdən istifadə edir. Beləliklə, erməni diasporunun nümayəndələrinin nə qədər aşağı səviyyədə olduğu üzə çıxır. Bahalı restoranlarda, beşulduzlu otellərdə dövlət qurumunun bank kartından istifadə edən birinin dəstəyini axtarmaqda hansı məntiq var? Bəzi fransız siyasətçilərin belə çirkin əməlli erməni lobbisinin üzvlərini müdafiə etməsi də şübhələr doğurur. Belə çirkin əməlli erməni diaspor nümayəndələri ilə əlaqələr nədən xəbər verir?

Fransadakı erməni diasporunun fəallarından olan, Sarsel şəhərinin sabiq meri Fransua Pupponi şəhər mərkəzləşdirilmiş isitmə sistemi şirkətinin prezidenti olduğu dövrdə şirkətin sosial vəsaitlərindən sui-istifadə, sənəd, eləcə də bank kartı ilə bağlı saxtakarlıqda ittiham edilir. Pontuaz şəhərində gedən məhkəmə prosesində Fransua Pupponinin 27 min avro dövlət vəsaitini mənimsədiyi bildirilib.

Məhkəmədə F.Pupponinin dövlət hesabına Korsikada istirahət etdiyi də aşkarlanıb. O, yay tətilində Korsikada olarkən 13 min 620 avro nağd pul çıxarıb. Parisdə çox bahalı “Napoleon” otelində qalıb, eləcə də “Gare de Lyon” dəmiryol vağzalı yaxınlığında yerləşən tanınmış nüfuzlu “Train Bleu” restoranında naharlar təşkil edib.

Bütün bu ittihamlara F.Pupponi özünü “saf” insan kimi göstərərək, yeniyetmə kimi gülünc cavablar verib, məsuliyyətdən yayınmağa çalışsa da, onun söylədiklərinin yalan olduğu faktlarla sübuta yetirilib. Şahidlər onun üzünə duraraq yalan söylədiyini, digərləri onunla əlaqələrinin olmadığını bildiriblər. F. Pupponinin guya işlə bağlı nahara dəvət etdiyi insanların bəziləri onunla nahar etmədiklərini, bəziləri isə naharın pulunu özləri verdiklərini bildiriblər.

Artıq F. Pupponi kimi erməni lobbisi üzvlərinin fransız vergi ödəyicilərinin pullarını erməni diasporunun fəaliyyətini maliyyələşdirməyə sərf etməsinə şübhə qalmır.

Deputat özünü yeniyetmələrsayağı müdafiə etməyə, əməllərinə haqq qazandımağa çalışsa da, məhkəmənin cəzasından yayına bilmədi.

Xatırladaq ki, Fransanın sabiq Baş naziri eduard Balladur da 91 yaşında sosial vəsaitdən sui-istifadə ittihamı ilə məhkəməyə çıxarılmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video