07:09 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Energetika Nazirliyində ictimai şuranın üzvləri ilə görüş olub
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:36 15.04.2021

 Energetika naziri Pərviz Şahbazov Energetika Nazirliyi yanında yeni yaradılmış ictimai şuranın üzvləri ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir ictimai şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Prezident İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi və ictimai iştirakçılığa xüsusi diqqət yetirdiyini qeyd edib, dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq vəzifələrin müəyyən edildiyini diqqətə çatdırıb.

Görüşdə aidiyyəti sahələr üzrə yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi işlərində ictimai şuranın iştirakına geniş şəraitin yaradılacağı, şura üzvlərinin rəy və təkliflərinə diqqətlə yanaşılacağı vurğulanıb. Digər sahələr üzrə də ictimai şuranın üzvləri ilə sıx əməkdaşlıq şəraitində uğurla fəaliyyət göstəriləcəyinə əminlik ifadə olunub. Görüş zamanı ictimai şuranın üzvləri seçkilərin şəffaf və ədalətli keçirildiyinə görə təşəkkür edərək, əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Sonda ictimai şuranın üzvlərinə vəsiqələr təqdim edilib.

Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun icrasını təmin etmək məqsədilə tərkibi 7 nəfərdən ibarət olan Energetika Nazirliyi yanında ictimai şura yaradılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM