03:49 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Energetika naziri Türkiyə səfiri ilə görüşüb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:37 23.07.2021

 

Energetika naziri Pərviz Şahbazov Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağcı ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Türkiyə arasında mövcud olan yüksək səviyyəli sıx dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edərək bu istiqamətdə əlaqələrin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Türkiyənin 44 günlük Vətən müharibəsi dövründə, həmçinin ona qədər Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı dəyişməz mövqeyi, davamlı mənəvi və siyasi dəstəyi Azərbaycan-Türkiyə qardaşlığının və sarsılmaz birliyinin ən yüksək zirvədə olmasına bariz nümunə kimi qiymətləndirilib. Cari ilin 15 iyun tarixində Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin əhəmiyyətinə toxunulub, bu sənəddə energetika sahəsində əməkdaşlığa dair müddəalar nəzərdən keçirilib, “Şuşa Bəyannaməsi”nin bütün sahələrdə, o cümlədən energetika sahəsində dost, qardaş və tərəfdaş münasibətlərini daha da möhkəmləndirdiyi vurğulanıb.

Həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, TANAP kimi qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olunub, Azərbaycanla Türkiyənin enerji əməkdaşlığının ikitərəfli və regional faydalarından bəhs edilib. Ənənəvi enerji sahələri ilə yanaşı bərpa olunan enerji mənbələri üzrə də ölkələrimiz arasında yüksək əməkdaşlıq perspektivlərinin olduğu bildirilib. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri, “yaşıl enerji” zonasının reallaşdırılması layihələri barədə məlumat verilib, bu çərçivədə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərinin maraq göstərməsi yüksək qiymətləndirilib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM