29 Avqust 2021 00:25
1208
Elm və texnika
A- A+

Ən soyuq və ləzzətli desert

 

Dünyanın ən qədim desertləriandən sayılan dondurmanın yaşının 5000 ildən çox olduğu təxmin edilir.  Hələ e.ə. 3000-ci ildə Çinin zəngin evlərində süfrələrə buzla və ya qarla qarışdırılmış meyvə şirələri verilirdi. Reseptlər və üsullar gizli saxlanılırdı və yalnız eradan əvvəl “Şi - kinq” kitabında - qədim mahnıların ehkamlar toplusunda reseptlərin sirri açılmışdı.

Dondurma hazırlanması reseptinin nə zaman, harada və kim tərəfindən fikirləşib tapılması bəlli deyil. Məlum olan təkcə budur ki, hələ Makedoniyalı İsgəndərin dövründə meyvələri və giləmeyvələri qarda dondururmuşlar. Qar gətirməkdən ötrü dağlara sürətli qaçmaq üçün xüsusi təlim keçmiş qulları göndərirmişlər. Onlar elə sürətli qaçmalıydılar ki, qar mənzil başına çatdırılana qədər əriməsin.

Məhsul yığımı zamanı soyudulmuş şirələrin istifadəsini təsvir edən daha bir qədim mənbə İsrail çarı Solomonun məktublarıdır. Məşhur antik dövr həkimi Hippokrat dondurmanı sağlamlığın möhkəmlənməsi üçün tövsiyə edirdi.

Roma imperatoru Neronun (b.e.ə. I əsr) sarayında soyudulmuş və şirinləşdirilmiş şirələrdən geniş istifadə edilirdi. Onların hazırlanması üçün qarı uzaq Alp buzlaqlarından gətirirdilər, qarın uzun müddət saxlanması üçün isə geniş tutumlu qar zirzəmiləri tikirdilər.

Dondurma Avropaya XIII-XIV əsrdə yaşamış İtaliya səyyahı və yazıçısı Marko Polonun sayəsində gəlib. O, Çində olarkən dondurmanı o qədər sevib ki, öz vətəni İtaliyaya qayıdarkən yerli kulinarlara onun hazırlanmasının bəzi reseptlərini verib. XVI əsrdə dondurma Fransanı, daha sonra Almaniyanı fəth edib.

XVI əsrin ortalarında Fransa kralının sarayında işləyən məşhur italiyalı kulinar Bentalenti dondurmanın və sərinləşdirici içkilərin hazırlanmasında çox böyük şöhrət qazanmışdı. Dondurmanı Fransa kraliçası Yekaterina Mediçi də çox sevirmiş. O, ziyafətlərdə öz qonaqlarını dondurmaya və onun öz reseptinə əsasən soyudulmuş naringi və portağal şirəsinin əlavə edildiyi şərbətə qonaq edirmiş. Fransa kralının müşavirləri dərhal dadlı dondurmanın reseptini və hazırlanma texnologiyasını əldə etməyə çalışırmışlar. Lakin resept dövlət sirrinə çevrilmişdi. Bu sirri yayanların kral xəzinəsini oğurlayanlardan daha ağır cəzalandırılması halları da az olmayıb.

Həmin dövrdə dondurmanın reseptinin yayılmasına görə sərt qadağalar onun yayılmasına mane ola bilmədi. Çox tezliklə dondurma Versaldan fransız zadəganlarının malikanələrinə gedib çıxdı.

Hələ dondurmanın hazırlanması kütləviləşməmişdən əvvəl onun reseptini bilən aşpazlar bunu sirr kimi gizli saxlayırdılar. Dondurma tez-tez çox güclü qalmaqalların, mübahisələrin səbəbinə çevrilirdi. Əyanlar üçün öz şəxsi dondurmaçısına malik olmaq şəxsi bərbərə və ya dərziyə malik olmaq qədər vacib idi.

Dondurmanın İngiltərəyə gedib çıxmasının əsl səbəbkarı isə Fransa kraliçası Yekaterina Mediçinin nəvəsi Henrietta Mariya olub. 1625-ci ildə Henrietta Mariya İngiltərə kralı I Karla ərə getdiyi zaman özünün şəxsi aşpazı və qənnadı ustası Herald Tissaynı da həmin ölkəyə aparır. Tissayn dondurma hazırlanmasının bir çox sirləri bilirdi.  Maraqlıdır ki, Tissayn öz “sirlərini” açmağa yalnız 1649-cu ildə I Karlın edamından sonra cürət edib. Beləliklə, dondurmanın hazırlanma sirlərini İngiltərə də mənimsəyib. 1700-cü ildə ingilislər Amerikaya dondurmanın hazırlanma reseptlərini aparmaqla burada da onun yayılmasına səbəb olublar.

1649-cu ildə fransız kulinarı Jerar Tirsen vanilli dondurmanı yaradandan sonra buzlu desertin resepti daim yenilənməyə başlanır və getdikcə daha yeni-yeni növlər yaranır. 1782-ci ildə Parisdə kafedə müştərilərə artıq səksən növə yaxın dondurma təklif edilirdi.

XVII əsrin ortalarında dondurma Fransa paytaxtının bir çox sakinləri üçün əlçatan idi. Artıq 1676-cı ildə Parisin 250  qənnadı ustası dondurmaçılar korporasiyasında birləşmiş, həmin illərdə dondurma artıq ilboyu istehsal edilməyə başlanılmışdı.

III Napoleonun dövründə Parisdə ilk dəfə stəkanlarda plombir dondurması, İtaliyada dondurmadan assorti, Avstriyada isə qlyase qəhvəsi və şokoladlı dondurma istehsal edilməyə başlanıldı. Bu dövrdə xırda doğranmış badam və marsipanla qarışdırılmış dondurulmuş qaymaq, çiyələkli və sürtgəcdən keçirilmiş şokoladlı qat-qat dondurma yarandı.

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video